Azərbaycan Federasyonu İsveçin

“21 Azər” Hərəkatının 61-ci il dönümü ilə

 bağlı Azərbaycan Türk millətinəMüraciəti

 

Əziz soydaşlar, hörmətli həmvətənlər!

Uca millətimizin keçməkeşli tarixində ən şərəfli hadisələrdən biri də, 1945 il dekabrın12-də ölkəmizin güneyində xalqın istəyi ilə Azərbaycan Milli Hökümətinin qurulmasıdır. Təbii ki, bu hökumətin qurulması heç də asan başa gəlməmiş, fədakar oğul və qızlarımızın ağır mübarizəsi nəticəsində çoxlu itkilər verilsə də, nəhayət xalqın iradəsini əks etdirən və arzusunda olduğumuz bir milli bir hökumət qurulmuşdu.

Bir illik mövcudluğu dövründə Milli Hökumətin yaradıcıları dövlət quruculuğu istiqamətində misli görünməmiş nailiyyətlər əldə etmişlər. Onlar fars şovinistləri tərəfindən xalqın tapdanmış hüquqlarını bərpa etməklə yanaşi, ölkə iqtisadiyyatını da sürətlə qurmağa çalışmış, tez bir zamanda fabriklər və müəsisələr yaradaraq işsizliyi aradan qaldırmış, torpaqları kəndlilərə paylamış, yollar çəkdirmiş, ölkənin milli pulunu dövriyəyə buraxmışlar.

Türk dilini dövlət dili elan edərək bu dildə məktəblər açmış, yerli universitetlərdə milli kadrlar hazırlamağa başlamış, xarici ölkələrdə təhsil almaq üçün çoxlu tələbələr göndərmişlər.

Milli Hökumət dünya dövlətləri və beynəlxalq təskilatlarla işbirliyi qurmağa ciddi səy göstərmiş, Birləşmış Millətlər Təşkilatına(BMT) üzv olmaq üçün rəsmi müraciət etmişdir. Azərbaycan ərazisində yaşayan azsaylı xalqların hüquqları tanınmış, onlar Milli Hökumətimiz tərəfindən himayə olunmuşdular. Bu xalqlara türk dili ilə yanaşi öz ana dillərində dövlət hesabına təhsil almaq imkanı yaradılmışdı.

Təbii ki, bütün bunlarla yanaşi Milli Demokratik Hökumətin ən misilsiz xidməti uzun illərdən bəri fars şovinizminin müstəmləkəsi və əsarəti altında inləyən bir xalqa vermiş olduğu AZADLIQ idi.

Təssüflər olsun ki, düşmən qüvvələr birləşərək, qanı bahasına qazanmış olduğu bu azadlığa növbəti dəfə düz bir il sonra son qoymağa müyəssər oldular. Mubariz milləti susdurmaq üçün fars rejiminin Azərbaycana qoşun yeritməsi nəticəsində minlərlə igid oğul və qızlarımız şəhid oldu, on minlərlə günahsiz soydaşımız həbslərə salındı, sürgün edildilər. Yüz minlərlə dəyərli Vətənsebərlər ölkəni tərk etməyə məcbur oldular.

İndi bu şərəfli milli-tarixi günündən bizi tam 60 il ayırır. Lakin, aradan bu qədər vaxt keçməsinə baxmayaraq, ürəyi AZADLIQ eşqi ilə çirpinan qəhrəman millətimiz mübarizəni heç bir zaman dayandırmamışdır. Azərbaycan xalqı öz davamlı mübarizəsi ilə dəfələrlə sübut edib ki, onların gördüyü işləri heç kimsə xalqımızın tarixindın silə bilməz.

Milletimiz  öz azadlığına yenidən qovuşacağına bütün varlığı ilə inanaraq bu günədək də muxtəlif vasitələrlə mübarizəsini davam etdirir. İndi milli mübarizə yenidən vüsət almışdır.

Mübarizə ona görə davam edir ki, hələ də İran adlanan ərazidə bütün millətləri əsarətdə saxlayan Tehran rejimi burada yaşayan başqa xalqlar kimi ölkə əhalisinin coxluğunu təskil edən 35 milyonluq türk millətinin də ən adi hüquqlarını tanımaq istəmir. Dilimizi, adətlərimizi, mədəniyyətimizi unutdurmağa çalisir, tariximizi məhv edir, xalqımızı assimilyasiyaya uğratmağa səy göstərir. Lakin onlar unutmasınlar ki, millətimizin ürəyindiki Səttarxan, Xiyabani, nəhayət, sonuncu Milli Hökumətimizin qurucusu Pişəvəri işığını heç bir zorakılıqla çıxara bilməyəcəklər.

Azərbaycan Federasyonu İsveç, Azərbaycanın azadlıq tarixinin ən şərəfli  və parlaq səhifələrindən biri olan ”21 Azər” günü münasibətilə millətimizi təbrik edir, igid oğul və qızlarımızın Azerbaycan Türk millətinin milli-azadliq ugrunda mübarizəsinin tam qələbə ilə başa çatacağına inanıb, milletimizə azadliğa doğru tutduğu amacında basharilar dileyib onların səsın dünya ictimaiyətinə çatdirmağı özünə bir görəv kimi düşünür.

Ulu Tanrı bu ağır, çətin, lakin şərəfli mübarizədə hamımıza yardımçı olsun.

 

 

Azərbaycan Federasyonu İsveç

 

 asas shifə