Beynəlxalq Ana Dili Günü ilə əlaqədar AFİ nin bəyanatı
Bu gün Beynəlxalq Ana dili günüdür . Ana dili, insan varoluşunun ən təməl daşlarından sayılır. Dil ictimai yaşamın ayrılmaz bir parçasıdır. Mənəvi bir varlıq kimi insanın bütün və özgurcəsinə inkişafa doğru gedən yolun ən böyük və vacib elementidir. Beynəlxalq sözləşmələrdə hər bir insanın ana dildə təhsil almaq haqqı ən doğal haqq kimi vurğulanarkən bu haqqı heç bir güc uşaqların əlindən ala bilməzın tam mənasında açıqlayır .
Ama bildiyiniz kimi İran Adlanan ölkədə 35 000 000 Azərbaycan Türkün bu doğal haqqı başqa milli mədəni və insanı haqlarına tay basqı altına alıb və insanlarımızı öz ana dilində təhsil almaq imkanından məhrum edib. Bu doğal haqqı əldə etmək üçün gəncliyimiz ağır həzinələr verib(r), çoxlu çətinliklərə maruz qalmışlar. 80 ildir ki, Azərbaycan Türkləri Fars dilinin təsiri altında assimilyasiya siyasətinə məruz qalmaqdadırlar. Bu siyasəti davam etdirən molla hakimiyyəti son 28 ildə Azərbaycan türklərinin milli və mənəvi dəyərlər sistemini təhqir etməklə basqı altında saxlayıb və bu təhqirlər dövlət siyasəti səviyyəsində aparılıb.
Beynəlxalq Ana Dili günü ərəfəsində Güney Azərbaycanda milli fəallara qarşı təzyiqlər artmaqdadır. Onlarca gənc, öyrənci və milli fəallımız həbsə atılıb və ağır işgəncələrə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan davranış və cəza növlərinə məruz qalmaqdadırlar.
Azərbaycan Fedrasiyonu İsveç(AFİ) Dünya Ana Dili Günün dəyərləndirərək bütün dünya ictimaiyyətinə, Beynəlxalq qurum-quruluş lara üz tutub İran hakimiyyətinin bu qeyri insani işlırinə son qoyulmasın və 35000000 güney Azərbaycan türkün öz milli mədəni varlığından yararlanmaları n, ana dilində təhsil almaq imkanın yaranmasın istəyərək, Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tutuqlanan gənclərimizin dərhal azadlığa buraxılmaların tələb edirik.
AZƏRBAYCAN FEDRASİYONU-İSVEÇ (AFİ)
İDARƏ HEYƏTİ