|
Əziz analar, hörmətli bacılar və dəyərli
Azərbaycan Qadınları!
Azərbaycan Federasiyası İsveç 8-mart Beynəlxalq qadınlar günü
münasibəti ilə sizləri ürəkdən təbrik edir, sizlərə can sağlığı, ailə
xoşbəxtliyi və səadət arzulayır.Qoy qəlblərinizdən məhəbbət,
evlərinizdən körpə səsi və üzünüzdən gözəllik əskik olmasın! Səadət
nəsibiniz olsun! Bu gün Güney Azərbaycanında Ana vətənimizin
istiqlalı yolunda kişilərlə birlikdə fədakar qadınlarımız da mübarizə
aparırlar! 21-ci əsr olmasına baxmayaraq İrandakı mövcud rejimin
xislətinə uyğun olaraq oradakı qadınlar hələ də kişilər qədər eyni
hüquqa malik deyillər. Xalqımıza olan qeyri-insani basqıların tərkib
hissəsi olaraq qadınlarımız ən adi insani hüquqlardan belə
məhrumdurlar.
Bu gün vətənimizin Quzeyində illərdən bəri davam edən Qarabağ
savaşında nə qədər azərbaycanlı qadınlar şəhid olmuşdur.Azərbaycan
qadını hər zaman mərdliyin,mətanətin simvolu olmuşdur!
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinəl o hər gün,
Kimdir o, nədir o? Öpüm ayağının izi ilə
Ana! Ana!
Hörmətlə AFİ İH. 2008-03-08
|