Bəhram Atabəylidən təqdir olundu!
İsveçdə tanılmış və vətən pərvər birisi olan Bəhram bəy Atabəyli dün gecə Göteborg şəhrində gərçəkləşmiş olan AFİ nin 20 yanvar tədbirinə qatılıb və öz həmdərdliyin vətəndaşlarımızla paylaşdılar. Bəhram bəy Atabəyli İsveçdə iqtidarda olan Modorat partiasının aktiv və eyni zamanda tanılmış bir üzvüdür. Çalmerz universitəsinin məsullarandan olan Bəhram bəy artıq İsveç toplumunda bi görkəmli insan kimin tanınır. 2006-cı ilin seçgilərində bələdiyyə bölməsində öz namzədliyin bildirib və uğura nayil olmuşdur. Bəhram bəy Atabəyli Azərbaycanın Urmu şəhridəndir.
Geçən həftə bir maraqlı xəbər əlimizə gəlib, çatdı. Bu ki, Bəhram bəy Atabəylinin çəkdiyi zəhmətlər əsasında Azərbaycanın başkəndi Bakıda bu ilin sentiabr ayında bir yeni formada və Avrupa istandardları ilə uyğun universitə işinə başlayacaq. Bu universitənin yaranmasında çoxlu muzakirələr İsveş elmi məmurları ilə Bəhram bəyin vasitəsilə olubdur. Sonucda İT universitəsinin işləri və sistemindən örnək alaraq və bu universitənin əməkdaşlığı ilə yaxın gələcəkdə bu önəmli iş eyləmləşəcək. Azərbaycan Fedrasiyonu-İsveç yeri gəlmişkən bu dəyərli vətəndaşımızdan öz təşəkkürlarını bildirib, onlara uzun ömür və başarılar diləyir.
