Şənbə , Mart 25 2017
trazensv
Home / Bəyaniyələr / Dəyərli yurddaşlar!
logo

Dəyərli yurddaşlar!

 Dəyərli yurddaşlar!

2015-ci ilin noyabr ayının 14-də İran dövlətinin yürütdüyü rasist siyasətə qarşı, Azərbaycan Federasiyonu AFİ, Stokholmda seminar keçirilmişdir. Bu seminarda müzakirələrin yekunu olaraq, istəklərimizi bildiririk:

 

İran çox millətli ölkədir.

 

1.1- İranda yaşayan millətlər bərabər hüquqlu olmalıdırlar. Bir millətin başqa millətlərdən üstün olması yolverilməzdir.

 

1.2- İranda yaşayan millətlər öz milli dövlətini qurmaq hüququna malik olmalıdır. Bununla İran millətlərin qurduğu milli dövlətlər birliyinə çevrilməlidir. Millətlərin varlığını qəbul etmək, onun gündəlik həyatından tutmuş, bir millət kimi potensiyal imkanlarının üzə çıxmasına və inkişafına təminat vermək deməkdir.

 

1.3- Ölkəni millətlərin yaşadığı ərazi bölgüləri üzrə Milli Ərazi Vahidlərinə bölərək, hər millətə öz siyasətini yürütməyə imkan verilməlidir.

 

1.4- Ölkədə yaşayan bütün millətlər az və çoxluğundan asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Bunun üçün:

 

1.5- İranda bəlli ərazidə yaşayan və çoxluq təşkil edən millətlər milli dövlət, bəlli ərazidə yaşasa da, azlıqda olan millətlərə, milli muxtariyyət və iç-içə yaşayan millətlərə mədəni muxtariyyət haqqı, rəsmiyyət tanınmalıdır.

 

Bu istək həyata keçib tam reallaşana qədər:

 

Assimilyasiya siyasətinə son qoyulmalıdır!

 

2.1- Rza şah dövründən başlanan və məqsəd yönlü yürüdülən assimilyasiya siyasəti bu gün də, tam şiddətlə davam edir. Həyatımızın bütün sahələrinə kölgə salmış bu dağıdıcı prosesə son qoyulmalıdır.

 

2.2- İnsanların kimliyinin göstəricisi olan ana dilində dərs oxumaq azad olmalı və dövlət qayğısına alınmalıdır. İranda yaşayan bütün millətlərin dili rəsmi dil kimi tanınmalıdır.

 

2.3- İnsanlara adlarının, soyadlarının seçilməməsinə, adət-ənənəsinin inkişafına, öz yer-yurdlarının dəyişdirilmiş adlarının bərpasına və milli adı ilə adlandırılmasına icazə verilməli və şərait yaradılmalıdır.

2.4- Güney Azərbaycan ərazisindən ibarət olan, Şərqi Azərbaycan və Qərbi Azərbaycanla yanaşı Ərdəbil, Qəzvin, Zəngan və Həmədan bölgələrinin Azərbaycan adı özlərinə qaytarılmalıdır. Xələc türklərinin, Qaşqayların, Xorasan və başqa bölgələrdə yaşayan türklərin bütün hüquqları bərpa olunmalıdır.

 

2.5- Tariximizin saxtalaşdırılmasına, dərslik kitablarında fars irq üstünlüyünün təbliğinə və türklərə, ərəblərə, bəluçlara, bütövlükdə fars olmayan millətlərə qarşı qərəzli, yalan və uydurma təbliğatlara son qoyulmalıdır. Ölkənin təhsil ocaqlarında, bu təbliğatın baş alıb getməsi və dərslik kitablarının fars şovinizminin təbliğatçısına çevrilməsi, təhsil sisteminin fars irqçilərinin inhisarında olduğunu sübut edir.

2.6- Təhsil sistemində hakim siyasətə çevrilmiş şovinizmin və Fars irqçilərinin təbliği, İranda yaşayan bütün millətlərin milli faciəsidir. Fars olmayan millətlərə qarşı yürüdülən assimilyasiya

siyasətinin, qarşısını mədəni yollarla almaq nə qədər çətin olsa da, biz insan haqları bəyannaməsinin ölkəmizdə icra olunması yolunda siyasi mübarizəmizi mədəni yollarla davam etdirəcəyik.

3- Ana dilində təhsil millətimizin vaz keçilməz haqqımızdır!

Bəşər mədəniyyəti milli mədəniyyətlər toplusudur. Ayrı-ayrı mədəniyyətlərin formalaşması, becərilməsi, qorunması və inkişafı bəşər mədəniyyətinin formalaşmasına və inkişafına qulluq edir.

3.1- Bəşər mədəniyyətinin ayrılmaz bölümü olan, milli mədəniyyətimizin onurğa sütunu sayılan, ana dilində təhsil vaz keçilməz haqqımızdır.

3.2- Pəhləvi rejiminin yarandığı dövrdən, İranda yaşayan millətlərin mədəniyyətinin inkişafına əngəllər törədilib. Fars dilindən savayı, başqa millətlər ana dilində təhsil hüququndan məhrum olubdur. Mədəniyyətin onurğa sütunu sayılan ana dili yasaqdırsa, bu millətlərin bir siyasi-coğrafi ərazidə yaşamasına baxmayaraq, ortaq mədəniyyəti formalaşmamışdır. Nəticədə millətlər arası mədəni münasibətlər pozulmuş və bəşər mədəniyyətinin ekosisteminə ziyan dəymişdir. Bu problemi aradan qaldırmaq üçün, ölkədə yaşayan millətlərin az və çoxluğundan asılı olmayaraq, dil və mədəniyyətlərinin gəlişməsi dövlət qayğısına alınmalı və hamısına eyni qayğı ilə yanaşılmalıdır.

3.3- İranın ən qədim sakinləri olan türklər ölkənin hansı bölgəsində yaşamasından asılı olmayaraq, Türk dilində eyitim – təhsil hüququna malik olmalıdır.

3.4- Ana dilində təhsil və milli mədəniyyətimizin gəlişdirilməsi ilə, İranda yaşayan bütün türklərin mədəni bütövlüyünü yenidən qurmalıyıq. Bu haqlı və qanuni istəyimizə çatmaq üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik.

3.5- Ana dilində təhsil haqqında dövlət proqramı gecikərsə, Türk bilginləri gecikmədən Milli təhsil komitələrinin yaradılmasına başlamalıdır. Bu komitələrin hazırladığı proqram və dərsliklərlə ana dilində dərslər keçirilməlidir.

4- Milli gücümüz Dil Birliyindədir:

İran islam Respublikasının Ana yasası 57-ci ilin Bəhmən inqilabından dərhal sonra yazılmışdır. O zaman ölkənin idarəçilik qaydalarından tutmuş, ictimai-siyasi və mədəni mühitinə hakim siyasət hələ Pəhləvilərdən miras qalmış fars şovinizmi siyasəti idi. Anayasa yazılan zaman Pəhləvi sülaləsi yenilsə də, cəmiyyət onların 50 illik birtərəfli, qərəzli, ziddi Türk təbliğatı və şovinist siyasətinin etgisindən qurtulmamışdır. Bələ bir durumda, özü də milli siyasi görüş təmsilçilərinin iştirakı –

qatılımı olmadan, yazılan Anayasa millətlərin mədəni dəyərlərini, milli haqlarını və ictimai-siyasi istəklərini özündə əks etdirə bilməzdi və etdirmir.

Bu istəkləri ödəyəcək topluluq, içərisində insanların və xalqların haqlarını özündə daşıyan hüquqla yönələn, dışarıda uluslar arası qanunları qəbul edən ” Bərabər Hüquqlu Millətlər Birliyidir”.

4.1- İran türkləri bütöv bir varlıq kimi hər millətin öz idarəçilik prinsipinə əsaslanan “Bərabər Hüquqlu Millətlər birliyinin” qurulmasına qatılmalıdır.

Dilini itirən millət, vətənini də itirəcəkdir. Bu gün dilin itirilməsi, sabah torpağın və vətənin də itirilməsi ilə nəticələnə bilər. Millətin varlığı onun dilində məna tapır. Uzun illərin sıxıntısından yaranmış “Kimlik” böhranı yalnız dilimizin azadlığı ilə aradan qalxa bilər.

Artıq varlığımızı, kimliyimizi və dilimizi danan yalanlar və böhtanların hökm sürdüyü dövr arxada qalmışdır. Bizim qanuni və haqlı istəklərimiz, zindan, məhkəmə, bir sözlə zorakılıqla qarşılansa da, biz insanların doğal haqlarını dinc və mədəni mübarizə yolu ilə əldə ediləcəyinə inanırıq.

4.2- İranda yaşayan türklər “DİLDƏ Birlik ” düşüncəsi ətrafında birləşərək, ümummilli fəaliyyət proqramını hazırlamalıdır.

5- İctimai-siyasi azadlıqlar təmin olunmalıdır:

Ölkədə ictimai-siyasi azadlıqların təmin edilməsi, millətimizin haqlı və qanuni istəyidir.

İran İslam Respublikasının ana yasasında qismən də olsa, bu istəkləri özündə cəmləşdirən maddələrin heyata keçməsini, icrasını istəyirik.

5.1- Ölkə ana yasasının 25-ci maddəsində yazılan “siyasi qurumlar və ictimai təşkilatların “ normal fəaliyyətinə əngəl törədənlər, İranda yaşayan millətləri ictimai hüquqdan məhrum edirlər. Eyni zamanda Ana yasada qeyd olunan “xalqın hakimiyyət hüququ” sözdə deyil, əməldə tanınmalıdır.

5.2- Bunun üçün qanunla yasaqlanmayan ictimai, mədəni və elmi çalışmalar azad buraxılmalıdır.

5.3- Türk milli mədəniyyəti və kültürü üzrə çalışan dərnəklər və qurumların çalışması dövlət qayğısına alınmalı və rəsmiləşdirilməlidir.

5.4- Azərbaycan ostanlarının – bölgələrinin mərkəzlərində və İranın türklər yaşan bütün bölgələrində “Türk Mədəniyyət Mərkəzləri” yaradılmalıdır.

5.5- Ölkə Tele-radio mərkəzlərində “Türk Mədəniyyət Qurumları ” fəaliyyət göstərməlidir.

Özəl olaraq vurğulamaq istərdik ki, İranda qadınlara qarşı, şiddət o sıradan daşqalaq cəzası, Türk kültürünə ziddir və yolverilməzdir. Biz İranda edam cəzasına qarşıyıq.

Oktyabr ayının 6-ı, İranın 2-ci televiziya kanalında yayılan rasist təbliğata qarşı çıxaraq, dinc və mədəni yolla keçirilən anti-rasizm numayişlərində tutulan insanların hamısı dərhal azad edilməlidirlər.

Azərbaycan Federasiyası İsveç AFİ

2015-11-14 Stokholm İsveç

Check Also

A still image from a video footage shows an oil platform on fire in the Caspian Sea, Azerbaijan, December 5, 2015. REUTERS/MEYDAN TV via Reuters TV

Quzey Azərbaycanda baş vermiş faciə ilə bağlı başsağlığı

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir