Şənbə , Mart 25 2017
trazensv
Home / Insan hüquqları / Yeni Gamoh partiyası 5 nəfərlik başqanlıq komitəsinin aclıq aksiyası hələdə sürür
yeni_gamoh

Yeni Gamoh partiyası 5 nəfərlik başqanlıq komitəsinin aclıq aksiyası hələdə sürür

yeni_gamohGüney Azərbaycan-İran da bir müddətdir ki öz açıq siyasi fəaliyyətini elan edən Yeni Gamoh partiyasının 5 nəfərlik başqanlıq komitəsinin aclıq aksiyası hələdə dəvam edir.

Artıq bir neçə həftədir ki Facebook kimi social paylaşım saytları və BBC-Farsi kimi xəbər agentləri

Güney Azərbaycanda fəaliyyət göstərən Yeni Gamoh liderlərinin aclıq aksiyasını gündəmindən çıxarmır. 23 gündür sürən aclıq aksiyası məhz o zaman başladı ki Yeni Gamohun 5 nəfərlik başqanlıq komitəsi haqlarında istənilən 9 illik qəti həbs cəzasını ədalətsiz bulub və bu ağır hökmə etirazlarını bu şəkildə bildirdilər. Qeyd edilməlidir soydaşlarımızın dosyalarına yenidən baxılma istəyinə qarşı, İran dövlətinin ədliyyə və məhkəmə sistemi bu ağır cəzanı təyid edib və hər bir fəallı 9 illik həbsə məhküm etmişdir.

Aclıq aksiyası başlanandan bəri Yeni Gamoh başqanlıq komitəsində olan Lətif Həsənli, Şəhram Radmehr, Yürüş Mehrəlibəyli, Behbud Qulizadə və Mahmud Fəzli cənabları ilk öncə Təbriz sonra Tehran və sonda Kərəc şəhərinin Rəcayi Şəhr zindanında saxlanıblar.

Son günlərdə isə Güney və habelə Quzey Azərbaycan partiyaları və siyasi mənsubları aclıq aksiyası keçirən soydaşlarımıza müraciət edib və onların bu aksiyayi sındırmalarını istəmişlər.

Bizdə Azərbaycan Federasionu İsveç-AFİ kimi bu çağırışa qoşulur və bu əzizlərimizin aclıq aksiyasını dayanadırmalarını arzu edirik. Güney Azərbaycanda gedən milli oyanış və dirəniş hərəkatına daha yaxından və dərindən dəstək vermək, habelə bu əziz soydaşlarımızın gələcəkdə vətənimiz Azərbaycana edə biləcəkləri xidmətləri göz önünə alaraq və ən əsası millətimizin ən dəyərli və sadiq övladlarının can güvənliyi və sağlamlığını da düşünərək ,başlatdıqları aclıq aksiyasının bitirilməsini istəyirik.

Azərbaycan Federasionu İsveç-AFİ

Aslan Soltani

2013.08.06 Stockholm

Check Also

13

Iran sefirliyinin qrshisinda etiraz mitinqi.

Bu gun, mayin 19-da Danmarkin Kopenhagen sheherinde, Iranin Azerbaycana qarshi yöneldilen qerezli ittihamlarina qarshi Iran ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir