Çərşənbə axşamı , Oktyabr 17 2017
trazensv
Home / Bəyaniyələr / AZƏRİN 21-İ GÜNEY AZƏRBAYCANIN ŞANLI BAĞIMSIZLIQ XATİRƏSİDİR!
302691_175860132506870_169003789859171_321594_745709713_n

AZƏRİN 21-İ GÜNEY AZƏRBAYCANIN ŞANLI BAĞIMSIZLIQ XATİRƏSİDİR!

302691_175860132506870_169003789859171_321594_745709713_nDəyərli Yurddaşlar,

Azər ayının 21-i Güney Azərbaycan qurtuluşu uğrunda unudulmaz ən parlaq günlərdəndir. 66 il bundan öncə Cəfər Pişevəri başçılığı altında Demokrat Firqə Partiyasının unudulmaz mübarizəsi nəticəsində ana yurdumuz Azərbaycanın güneyi bir il öz bağımsızlıq dadını aldı.

Bu milli hərəkətin bilincli və kəskin rəhbərinin qısa zamanda bütün sahələrdə başarılı irəliləyişi, Azərbaycan türkünə qarşı hər zaman düşmənçilik edən fars dövlət başçıları və onların ərbabları ruslarla ingilizlərəin xiyanetinə uğradı. Şah rejimi ruslarınla ingilizlərin yardımı ilə yenidən yurdumuzu işqal edib minlərcə mübariz yurddaşımızı öldürdülər, asdılar.

Azərin 21-i hərəkatının lideri Cəfər Pişeverini və onun silahdaşlarının bir nəçəsini, o illərdə rus hakimiyyəti altında olan Quzey Azərbaycana sürgün etdilər. Pişəvərinin bu bir ilin içində gördüyü işlərdən qorxan rus yönəticiləri, onu erməni casusu əli ilə öldürtdülər. Ruslar Pişəvərinin kadrlar yetişdirib həm İrana həm Sovetlər Birliyinə xətəri olmağına əmini idilər. Elə ona görə də Pişəvərini öldürtdülər. Beləliklə də Azərbaycan Demokrat Firqə Partiyasını qol-qanadını sındırdılar.

Yazıqlar olsun, Pişəveri kimi, ikinci bir liderin olmaması partiyanı ayaqda tuta bilmədi. Ölkəmizin güneyində qalanların bir çoxunu öldürdülər qalanları da dustaq edərək susdurdular. Yurdumuzun quzeyində isə Pişəvərini öldürüb, bir neçəsini Sibirə sürgün edib, qalanları da çox qorxuc izlərəyək yaşatdılar.

66 il bundan qanaq millətinin qurtuluşu yolunda qorxmadan mübarizə edən Pişəvəri Azərbaycanın güneyini bağımsız bir ölkə halına gətirmək istəyirdi. Pişəvərinin o tarixdə ulusunu özgür yaşaması uğrunda və dünya standartlarına uyğun olan geniş və bütün millətin istəklərini içinə ala bilən dövlət idarəçilik proqramı unudulmaz bir fakt kim qalacaqdır. Düşmənlərin çox güçlü olması millətimizin savad və milli bilincinin olmaması, partiyada kadrın az olması hərəkətin şikəstə uğramasınıa səbəb oldu!

Bu gün bizim bir çox bilginimiz bu acı gərçəkləri bilə-bilə hələ də İran sevdasından, fars dilindən əl çekə bilmirlər. Hələ də 66 il bundan öncə yudumuzun bağımsızlığını qana boyayan, yurdumuzu yenidən işqala edən farslara boyun əyirlər. Bu gün bütün beynalxalq quruluşlar tərəfindən qəbul olunmuş doğal insan haqları uğrunda Pişəvərinin yolunu gedənləri faşist adlandırmadan da çekinmirlər.

Dəyərli yurddaşlar bu gün ulusumuz dünya standartlarına uyğun olan bütün haqlardan yoxsuldur. Gəlin fars dili, kültürü, mədəniyəti içərisində əriməkdən çıxıb bizlər də dünya millətləri kimi öz ana dilimiz, öz kültürümüz, öz mədəniyyətimiz, öz topraqlarımıza sahib çıxaq. Biz də özgür, bağımsız bir millət kimi yaşıyaraq fitvalar verib insanları qorxudub öldürmək yerinə, dünyanın gəlişməsində sağlam fikir, düşüncə, barış, və sevgi qaynağı olaq!

Yaşasın Yaxın Gələcəkdə Güneyi, Qarabağı yadların, düşmənlərin əlindən qurtlulub bağımsız olan demokratik Azərbaycan Türk Cumhuriyyəti!

Səttar Sevigin

Check Also

A still image from a video footage shows an oil platform on fire in the Caspian Sea, Azerbaijan, December 5, 2015. REUTERS/MEYDAN TV via Reuters TV

Quzey Azərbaycanda baş vermiş faciə ilə bağlı başsağlığı

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir