Çərşənbə axşamı , Aprel 25 2017
trazensv
Home / Bəyaniyələr / 97 il öncə müstəqil dövlətimizi quran Məmməd Əmin Rəsulzadə
12712_248793588581800_412039100_n

97 il öncə müstəqil dövlətimizi quran Məmməd Əmin Rəsulzadə

12712_248793588581800_412039100_n

“O Azərbaycanlı peyğəmbər idi, onun Kimi şəxsiyyəti olan millət xoşbəxtdir”

Seyid Həsən Tağızadə

Məmməd Əmin Rəsulzadə 1884-CU il Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Novxanı kəndində doğulub. Ilk təhsilini Atasi Axund Hacı Molla Ələkbərin yanında Alir. Sonra Rus-Müsəlman və Bakı peşə məktəbini bitirir.

Siyasi-ictimai fəaliyyətə gənc yaşlarından başlayır. O, 1906-Cl ildə Azərbaycanda ilk sosial Demokrat təşkilat olan “Hümmət” təşkilatının yaradıcılarından və Hümmətin orqanı “Təkamül” qəzetinin Bas redaktoru olmuşdu. Nəriman Nərimanovla birgə nəşr etdirdiyi bu qəzet qısa zaman sürəcində Qafqazın məşhur qəzetlərindən birinə çevrilir. Qeyd etmək lazımdır ki, Rəsulzadənin ilk yazısı “Şərqi Rusiya” qəzetində Cap edilmişdir.

1909-CU il Güney Azərbaycana və Irana keçənə qədər Azərbaycanda çoxsaylı qəzetlər çıxartmış və Hümmətin rəhbərliyində işləmişdir.1909-cu ildə Güney Azərbaycana və Irana keçdikdən sonra İranda “İrane nej” (Yeni Iran) ADLI ilk Avropa tipli qəzet nəşr EDIR və bu qəzetdə yazdığı məqalələrlə fars ədəbi dilinə yenilik gətirir. Heydər Əmioğlu və Həsən Tağızadə ilə birlikdə “Iran Demokrat Partiyasının” məramnaməsini Yazir.

Rəsulzadənin fəaliyyəti İranda uzun surmur. Rus dövlətinin təzyiqi ilə Türkiyəyə sürgün olunur. 1913-cu ildə Azərbaycana qayıdır və milliyətçi hümmətçilər tərəfindən yaradılmış “Müsəlman Demokratik musavat” təşkilatında fəaliyyətə başlayır. 1917-ci il Fevral İnqilabından sonra “Qafqaz və Rusiya müsəlmanları” qurultayına qatılır. Az sonra Qafqaz Parlamenti “Siyemdə” Azərbaycanı təmsil EDIR. 1918-ci il “Siyem” dağılandan sonra “Azərbaycan Milli Şurasının” rəhbəri seçilir.

Milli SURA 1918-ci il kan ayının 28-də Azərbaycanın müstəqilliyini elan EDIR. Beləliklə, 34 yaşlı Rəsulzadə müsəlman dünyasında ilk dəfə olaraq Demokratik Xalq Cümhuriyyətinin prezidenti seçilir.Məmməd Əmin Rəsulzadə müstəqilliyimizi elan etməklə yanaşı, o vaxta qədər Rusiya dövləti tərəfindən yasaq edilmiş “Azərbaycan” sözünü gündəmə gətirir və vətənimizin adını özünə qaytarır.

Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti 2 il yaşasa da, Azərbaycanın müstəqilliyini əbədiləşdirdi. Bu mənada ki, o växt müstəqil dövlət Qura bilməsəydik, sonralar Sovetlər Birliyi tərkibində də, Respublika kimi təmsil olunmağımıza qarant yox idi və Sovetlər Birliyi dağılarkən müstəqilliyimizin bərpası mümkün olmayacaqdı. O “Bir kərə yüksələn bayraq bir daha yenməz” deməklə bilirdi ki, bu bayraq keçici olaraq yendirilsə də, gələcək nəsillər onu Basi üzərində qaldıracaq və yaşadacaqdır. (Rəsulzadənin bu fikrini Cagdas tariximizdə, 1988-ci il ilk dəfə Azərbaycanın Güneyindən olan Məhəmməd Hatəmi yenidən gündəmə gətirərək, onun yolunun davam edəcəyini bildirdi).

1920-ci il Aprel ayının 25-də Rus qoşunları bizdən sormadan sərhədimizi keçərək Azərbaycanı işğal etdi. Azərbaycan Xalq Cümhuriyyəti devrildi və Rəsulzadə silahdaşları ilə birlikdə həbs edildi. Onu güllələnmə təhlükəsi gözləyirdi. Bu təhlükəni aradan qaldırmaq üçün Heydər Əmioğlu Sovet Azərbaycanının rəhbəri Nəriman Nərimanovla görüşür və “Məmməd Əminin başından bir tuk əskik olmamalıdır” deyir. Bundan sonra Nərimanov Rəsulzadəni Bakıya (Bayıl tirməsinə) gətizdirərək rəsmi olaraq bildirir ki, Məmməd Əmin Rəsulzadənin Təhlükəsizliyini qorumaq üçün onu mərkəzə gətirmişlər.

1920-ci il noyabr ayında qatarla Tiflisdən Moskvaya gedən Stalin Bakıda olarkən vaxtilə onu ölümdən qurtaran və köhnə dostu Məmməd Əminin sorağın tutur. Onun Bayıl Tütməsində olduğunu biləndən sonra Stalin, bir Basa oraya gedir və Məmməd Əmini Ozu ilə Moskvaya aparır. Rəsulzadə iki il Moskvada Xalqlar Komissarı kimi çalışır və nəhayət Sovetlər Birliyini tərk edərək Finlandiya keçir. Sonralar o Türkiyə, Almaniya və Polşada yaşayır. 1955-Cl il Mart ayının 6-SI Ankarada vəfat etmişdir.

Müstəqil Dövlətimizin banisi Məmməd Əmin Rəsulzadədən bizə Müstəqil Dövlət, Müstəqillik ideyası və Müstəqil dövlətimizin tarixini daşıyan çoxsaylı Elmi, fəlsəfi, tarixi və ədəbi əsərlərdən ibarət zəngin bir irs qalmışdır. O siyasi fəlsəfə üzrə mütəxəssis və Fikir Sahibi idi. Sosializm və qərb ölkələrinin ictimai siyasi proseslərini dərindən bilirdi. Rəsulzadənin əsərləri uzun illər məşhur alimlərin axtarış mövzusu olmuşdur.

Azərbaycan milləti Rəsulzadənin əməlləri, əsərləri və Eyni zamanda onun haqda əcnəbi alimlər tərəfindən yazılmış əsərlərlə fəxr EDIR. Rəsulzadə şərq aləmində 20-ci əsrin qabaqcıl və aparıcı ziyalılarındandır. O, Eyni zamanda 20.ci əsr Azərbaycan dövlətçiliyinin həm nəzəri əsaslarının formalaşdırmış, həm də müstəqil dövlətimizin memarı, banisi və qurucusudur.

Rəsulzadə və fikirdaşları milli mənəvi dəyərlər baxımından Azərbaycanın ən zəngin və kübar çağlarında yetişmişdi. Millət bu şəxsiyyətləri yetirməklə onlardan Öz xilasını gözləyirdi və onlar millətin xilaskarına çevrildi. Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti dövründə, insanlar vətəndaş hüququndan və fərdi azadlıqdan faydalanaraq, sərbəst siyasi və ictimai fəaliyyət göstərmişlər.

Rəsulzadə və onun milli KADR ordusu böyük əxlaq, fəzilət və kamal sahib IDI.

Rəsulzadə dövlətində rüşvət, korrupsiya, xalqın və dövlətin əmlakına xor baxan dövlət və hökumət Adami olmamışdı. Millətin mənəvi zənginliyi ilə öyünən Məmməd Əmin Rəsulzadənin kabinəsi və milli KADR ordusu və dövlət adamları bu zənginlikdən yoğurulan şəxsiyyət Sahibi idilər. Milləti, yalnız Məmməd Əmin Rəsulzadə kimi alim, adil və alicənab şəxsiyyətlər qurtara bilər.

Mənəvi zənginliyi, dühası, zəkası və alicənablığı ilə bütün mühitinə təsir edən, hətta qonşu ölkələrin ziyalılarını mütəəssir edən bu şəxsin yeri və rolu 20-ci əsr dövlətçilik tariximizdə əvəz olunmazdır.

Azerbaycan Federasiyonu İsveç AFİ

Check Also

A still image from a video footage shows an oil platform on fire in the Caspian Sea, Azerbaijan, December 5, 2015. REUTERS/MEYDAN TV via Reuters TV

Quzey Azərbaycanda baş vermiş faciə ilə bağlı başsağlığı

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir