Bazar ertəsi , Avqust 21 2017
trazensv
Home / Bəyaniyələr / 31 dekabr Dünya Azerbaycanlıların Həmrəylik günü
Hemreyilik-2

31 dekabr Dünya Azerbaycanlıların Həmrəylik günü

Hemreyilik-2Günlər keçir, illər ötür. 31 dekabr Dünya Azerbaycanlıların Həmrərlik günü elanından artıq 22 il keçdi. 31 dekabr Dünya Azerbaycanlıların Həmrərlik günü çox özəl bir günə təsadüf edir. Köhnə ilin bitməsi və yeni ilin başlanması günüdür. Bu gün dünyanın bir çox yerində bütün insanlar durumlarından asılı olmuyaraq 31 dekabrı təntənəylə keçirirlər. Miladi ili təqvimi olan bütün ölkələrin insanları bu günü şənliklərlə qeyd edirlər.

Məhz bu gün 31 dekabr yeni ilin gəlişi munasibəti ilə bağlı gecə saat 24,00 da yer üzündə saysısız hesabsız fışfışalar atılır tərəqələr patladılır.

Müstəqil Azərbaycanda və milladi təqvimi olan ölkələrdə yaşayan yurddaşlarımız sözüz bu anlamlı günü həm həmrəylik günü münasibəti ilə həm de yeni il münasibəti ilə bağlı olaraq keçirilər. O zaman görəsən çoxunluqda olan Azərbaycanın güneyində yaşayan yurddaşlarımız bu dayanışma və həmrəylik gününü nece keçirilər? Axı orada il təqvim milladi ili əsasında sayılmamaqdadır.  Yurddaşlarımızın burada keçirəcəyi şənliklər yanlız həmrəylik mozusu ətrafında ola bilər. İgid yurddaşlarımızı 31 dekabr Dünya Azerbaycanlıların Dayanışma -Həmrərlik günü münasibəti ilə təbrik edib ulu millətimizə Güneydə milli haqlarımıza nail olmaqda başarılar diləyirik.

21 ci əsridə 35 milyonluq bir ulusun öz milli haqlarına malik olmaması çox dərin təəcüb hissi duyurmaqdadır. Nədən iranda tarixlər yaradan Azərbaycan türkü öz ilkin haqlarından məhrumdur?

Nədən fars dilinə bezək verən onu qoruyub saxlayan Azərbaycan türkü öz ana dilini oxuyub yazmaq ixtiyari yoxdur?

Nədən İranda məktəb banisi olan azərbaycan türkünün öz ana dilində bir məktəbi belə yoxdur?

Nədən qəzet çapının banisi olan azərbaycanlılar öz ana dilində bir rəsmi qəzeteləri yoxdur?

Nədən İran teatro senedinin ustası olan azərbaycan millətinin öz ana dilində teatr oynamaqa haqqı yoxdur?

Nədən iran iqtisadiyatını gəlişdirən, Tehran Bazarının sahibləri olan azərbaycanlılar öz milli iqtisadiyyatını qurub gəlişdirə bilmək huququna malik deyil?

Nədən azadlıq simgəsi olan azərbaycanlılar öz igid evladlarını zindanlardan azad ede bilmirlər?

Nədən qadın haqlarını savunan azərbaycanlıların öz qadınları insan haqlarindan məhrum olmalıdırlar?

Bu nədənlərin cavabını kimlər verəcəklər?

Ay qeyrətli millət vəkillərimiz Siz deyilsinizmi bizim millətin seçilmiş nümayəndələri? Bu suallara cavabınız varmı?

Ümüd edirik 2012 miladi ilində millətimiz bu suaları aradan qaldırıb öz gücü ilə milli haqlarına nail olsunlar!

2012 ci ildə vətənimizin Müstəqil bölümündə işqal olunmuş torpaqlarımız Azərbaycanın Milli ordusu əliylə azad olmasını diləyirik!

31 dekabr Dünya Azerbaycanlıların Həmrərlik gününün 50 milyonluq ulusumuza uğurlu olmasını diləyirik!

Yeni iliniz qutlu olsun dəyərli yurddaşlar!

Azərbaycan Federasiyonu İsveç AFİ

Səttar Sevigin

Stokholm 2011-12-31

Check Also

A still image from a video footage shows an oil platform on fire in the Caspian Sea, Azerbaijan, December 5, 2015. REUTERS/MEYDAN TV via Reuters TV

Quzey Azərbaycanda baş vermiş faciə ilə bağlı başsağlığı

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir