Çərşənbə axşamı , Yanvar 23 2018
trazensv
Home / Xəbərlər / Azərbaycan Federasionu İsveç-AFİ son günlərdə Türkiyyədə meydana gəlmiş terrorları qınayıb və şəhid olmuş Türk əsgərlərinin …
13-shehid

Azərbaycan Federasionu İsveç-AFİ son günlərdə Türkiyyədə meydana gəlmiş terrorları qınayıb və şəhid olmuş Türk əsgərlərinin …

13-shehidSon günlərdə qardaş Türkiyyədə Kürd terror təşkilatı PKK-nın xaincəsinə pusquya salmış və şəhid etmiş Türk əsgərlərinin xəbəri bizi dərindən üzüb və kədərləndirdi. Uzun illərdən bəri davam edən bu xain pusqular və terrorlar Türk millətinin sarsılmaz iradəsi və yenilməz ordusuna təsir buraxa bilməmişdir və bilməyəcəkdir, bu alçaq hərəkətlər bölgəyə göz tikən və onun sərvətlərini talamağa niyyətli super güclərin işarəti ilə həyata keçdiyinin sübutudur.

Biz Azərbaycan Federasionu İsveç-AFİ olaraq bütün Türk millətinə və şəhidlərin ailələrinə baş sağlığı verərək bəyan edirik ki bundan öncədə olduğu kimi bu gündə qardaş Türkiyyənin anti terror hərəkatını mənəvi olaraq dəstəkləyib və bu gərəksiz savaşın sona ərməsini diləyirik. Yaşadığımız bölgədə barış və sülh havasının əsməsini və dostluq ortamının hakim olmasını diləyirik.

Sonda bir daha PKK terror təşkilatının yapdığı bütün eyləmləri qınayır və məhkum edirik.

Azərbaycan Federasionu İsveç-AFİ

Stockholm-İsveç

Check Also

afish-5

Dünya Azərbaycınlılarının Dayanışma – Həmrəylik Günü və Yeni İl Konserti!

Azərbaycan Konserti Müğənni Könül Məmmədlinin rəhbərlik etdiyi musiqi qrupu: Samirə Cəlilova      – tar Zərqələm Cəfərova ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir