Şənbə , İyun 24 2017
trazensv
Home / Bəyaniyələr / Böyük lider və türk dünyasının qəhrəmanı Rauf Denktaş dünyasın dəyişdi
Rauf-Denktash-007

Böyük lider və türk dünyasının qəhrəmanı Rauf Denktaş dünyasın dəyişdi

Rauf-Denktash-007Şimalı Kıbrız Türk Respublikasının birinci prezidenti  Rauf Denktaş cümə günü, 13 yanvar 2012-ci ildə uzun xəstəlikdən sonra Nikosiya şəhərində dünyasın dəyişdi. Bu məlumatı Kıbrızın indiki dövlət başqanı yaymışdır. Denktaş Kıbrızın müstəqil olmasında çıx əhəmiyyətli bir rol oynamışdır. Elə buna görə,  Kıbrızın istiqlalına inananlar Denktaşı ölkənin atası hesab edirlər. Elə bu səbəbə görə, o, 1985-ci ildən 2005-ci ilə kimi dalbadal prezident seçilmişdir.

Onun oğlu Sərdar Denktaş atasının vəfatı barəsində belə deyir: “ Bizim kədərimiz çox böyükdür. Biz çalışırıq kədərimizə onun xatirəsi  və səbrlə  qələbə çalaq. O, bizi və kıbrız xalqın yalnız qoyub getdi. Amma əvəzində o, Kıbrız yolunda can verən qəhrəmanlarla birgə olacaq.”

Denktaş həmçinin azadlıq mücadiləsində, xüsusən, dünyada yaşayan türklərin arasında mübarizə simvolu olmuşdur.  Elə buna görə, biz azərbaycanlılar onun vəfatın böyük kədərlə qarşılayıb və kıbrız xalqına başsağlığı veririk.

Şahidlərin söylədiyinə görə, o, azərbaycanlıları görəndə əlin yuxarı qaldırıb: “Azərbaycana eşq olsun!” –deyərdi. Biz də cavab olaraq deyirik: “Kıbriz kimi bir Türk Respublikasını ayaqda saxlayıb, yadellilərə təslim etməyən liderə eşq olsun!”

İsveçdəki Azərbaycan Federasiyası (AFİ)

13 yanvar 2012-ci il

Check Also

A still image from a video footage shows an oil platform on fire in the Caspian Sea, Azerbaijan, December 5, 2015. REUTERS/MEYDAN TV via Reuters TV

Quzey Azərbaycanda baş vermiş faciə ilə bağlı başsağlığı

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir