Çərşənbə axşamı , Oktyabr 17 2017
trazensv
Home / İdarə Heyətinin Göruşlərı / İsveçdə erməni nəfinə keçirilən kitab təqdimatında Səttar bəy Sevginin uğurlu çıxışı olmuşdur
3f153fd8-204b-40f3-8e0e-7c3abcdcb0c9

İsveçdə erməni nəfinə keçirilən kitab təqdimatında Səttar bəy Sevginin uğurlu çıxışı olmuşdur

3f153fd8-204b-40f3-8e0e-7c3abcdcb0c9Öncədən verdiyimiz məlumata görə, 17 yanvar 2012-ci ildə İsveçin Uppsala şəhərindəki kilsənin yardımı ilə “İsveçli gözü ilə görünən erməni soyqırımı”  adlı kitabın təqdimatı keçirilmişdir.Toplantıya  təxminən 25-30 nəfərə qədər adam gəlmişdi. Bizlərdən 4 nəfər İsveçdəki  Azərbaycan Federasiyasından  (AFİ ) tərəfindən,  bir  nəfər isə Türkiyə türklərindən gələn var idi.

İsveç parlamentindən soyqırımı qəbul edən iki millət vəkili, 6-7 nəfər kilsə  səlahiyyətliləri qatılmışdı. Yerdə qalanlar isə ermənilər idi. Onların içində İsveçdəki erməni fedrasiyası  başçısı da var idi.

Tanıtım başlamamışdan əvvəl AFİ-nin başqanı  Səttar bəy Sevgin kitabın yazarı  Göran Gunnerin  rəhbəri ilə görüşüb.  Bu kitabın çıxmasının səbəbini kilsənin bir proyekti olduğunu özündən öyrənib. “Biz azlıqda olan mesihileri qorumaq üçün belə layihələr üzərində çalışırıq”– deyib.  Onun ”Sən özün heç o bölgədə oldunmu?” —  sualına, “Yox heç  olmadım, ancaq Göranın bu kitab üzərində çox yaxşı çalışdığını bilirəm”, dedi.

Göran kitabın təqdimatına başladı. “Bu kitab bundan çox-çox əvvəl çıxması lazım idi. Mən çoxdandır bu kitabla uğraşıyorudum. Zaman -zaman kitabı bir tərəfə buraxdım, ancaq ən sonunda kitab çıxdı “, dedi.

Göran bu kitabın yazılmasında ümumiyyətlə İsveç yazıçılarının ermənilər haqda yazıdıqları kitablardan, o cümlədən  isveçli səyyahı Sven Hedin və İsveç mətbuatında çıxan yazılardan qaynaq  kimi istifadə etmişdir.

Kitab təqdimatında bir yaşlı erməni qadının şəklini göstərərək, qadının söylədikləriylə əlaqədar bir sıra məlumatlar verdi. Bu qadın indi ölmüşdür, dedi.

Daha sonra natiq, İsveç Parlamanentində alınan qərarı vurğulayaraq bu qərarın alınmasının əhəmiyyətini izah etmək üçün erməni Federasyiyasının  başçısını çıxışa dəvət etdi. Danışmağa başlayan erməni ilk əvvəl çap olunmuş kitabı  təbrik etdi. İsveç Parlamentində  alınan qərarı çoxdan gözlədiklərini söylədi.

Təqdimat bitdikdən sonra izləyicilər  tərəfindən yanlız bir sual soruşuldu.

Bu vaxt Səttar bəy danışana  bir neçə sual yönəldib. Sualları bəyənmədikləri üçün  Göranla  kilsə rəhbəri Səttar Sevginlə  mübahisəyə başlayıb.

S.Sevginin sualları bundan ibarət olub:

Kilsə olaraq sizin bu kitabı yazmaqda məqsədiniz nədir?

Belə bir əhəmiyyətli mövzuda tək bir neçə yazarın və səyyahın ya da 90 yaşında bir erməni qadının dedikləri kafimi olar?

Bu işlərinizlə bir milləti soyqırımçı elan etməniz Xristianlıq prinsipləriylə uyğun gəlirmu?

Sən heç  dövlət arxivlərini bu mövzuda araşdırdınmı?

Rus arxivinə baxdınmı? Rusların o döyüşdə proqramlarını araşdırdınmi? Rusların ermənilərin əliylə nə etmək istədiklərindən xəbəriniz varmı?

Ermənilər o zaman heç səhv etmədilərmı? Rus ordusunda ermənilərin o vaxt nə etdiklərindən xəbəriniz varmı?

Biz Türklər ermənilərlə yüz illərboyu qonşu olaraq yaşadıq, indi də yaşamaq istəyirik. Biz qonşularımızla yaxşı münasibətlər quraraq sülh içində, dostluq şəraitində yaşamaq istəyirik. Ancaq, siz kilsə olaraq bu elmi dəyəri olmayan işlərinizlə millətləri, insanları bir – birindən daha da uzaqlaşdırırsınız. Qonşuları döyüşə təhrik edirsiniz!

100 il bundan əvvəl bir yaşlı qadının və ya bir neçə İsveçli yazarın iddialarına əsaslanaraq ermənilərə qarşı soyqırım edilmiş deyirsiniz.

BMT Azərbaycan torpaqlarının 20% -nin  ermənilərin  işğal etməsi ilə əlaqəli 4 hesabat yazmışdır. Bu mövzuda heç bir yazınız varmı?

1992-ci ildə Xocalıda ermənilərin etdiyi soyqırımıyla əlaqədar kilsə olaraq bir yazınız varmı?

Bir milyon Azərbaycan türkünün ana torpaqlarında ermənilərin əlindən  qaçqın vəziyyətinə düşdüklərini heç yazdınızmı?

İran dikatorluqda, insan hüquqlarını çeynəməkdə ən tanınmış ölkələrdəndir. İran ermənilərə həm silah, həm iqtisadi kömək edir. Qarabağın işğalında İran açıqca ermənilərə kömək edib,  indi də edir. Sizcə İran xristian qardaşlarına ağrıyırmu? Bu yardımın arxasında siyasi oyunlar yoxmu? İran bölgədə bir stabil Azərbaycan görmək istəmir. İran Azərbaycanın şimal hissəsinin cənub ilə birləşməsindən qorxduğundan ötəri ermənilərə kömək əli uzadır!

Belə çox həssas mövzularda diqqətli olmanızı arzu edirik. Baxın, Fransa  soyqırımı olmamışdır deyənləri cəzalandırmaq istəyir. Bu Fransa üçün bir utandırıcı qərardır.Biz türklər olaraq, Türkiyə olsun, Azərbaycan olsun dini siyasətə qarışdırmaq istəmirik. Mən özüm İranı  bu səbəbdən tərk etdim. İsveçdə də sözdə dünyəvilik var, ancaq görünür gerçəkdə  bütün müharibələrin arxasında nə təəssüf ki, hər zaman kilsənin əli olmuşdur. Bu sülhə zərər verəcək bir davranışdır.

Və bundan sonra AFİ tədbir iştirakçılarına  Xocalı faciəsi ilə bağlı ingilis dilində broşuralar paylamışdır.

Check Also

settar

Səttar Sevigin : Terror təşkilati PPK-a ilə mübarizə hamının insani borcudur

2015-ci il 13 sentyabr Stokholmun mərkəzində terror təşkilatı PPk-ya qarşı etiraz aksiyası keçirilmişdir. Bu aksiyada ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir