Cümə , Dekabr 15 2017
trazensv
Home / Xəbərlər / Stockholmda Həsən ağa Dəmirçinin azadlığı istənildi
Demirchi

Stockholmda Həsən ağa Dəmirçinin azadlığı istənildi

DemirchiAzərbaycan Federasionu İsveç-AFİ tərəfindən Stockholmun Norrmalmstorg meydanında etiraz mitinqi keçirildi. Bu mitinqdə Güneyli, Quzeyli Azərbaycanlı soydaşlar iştirak edib

və öz etirazlarını İran rejiminin anti Azərbaycan siyasətlərinə bildirdilər. Mitinq yerli saatla 15:00 da başlayıb 16:30 qədər sürdü. Etiraz aksionunda AFİ başqanı Səttar Sevigin İsveç dilində çıxış edib və durumu iştirakçılara anlatdı, sonra AFİ-nin bəyaniyyəsi AFİ əməkdaşı Aslan Sultani vasitəsi ilə Azərbaycan Türkcəsində oxundu. Mitinqin axışında iştirak edən yurddaşlar növbə ilə öz fikirlərini bildirib və Güney Azərbaycanda gedən İranın anti Türk-Azərbaycan siyasətlərinı qınayıb və siyası məhbuslarımıza ən tez zamanda azadlıq istəyində bulundular. Mitinqi Həsən Ağa Dəmirçinin öyrəncisi olmuş Sutoy Qaradağlı təvəssütü ilə aparıldı və eyləmin gedişində azadlıq nəğməsi verən musiqilər səsləndirildi.
AFİ adına bütün iştirakçılar və dəstək verən hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.

AFİ İH adından
Aslan Soltani
Stockholm 2013.11.23

Mitinqin şəkillərini buradan izləyə bilərsiniz

2013-11-23_16.20.30 2013-11-23_16.24.26 2013-11-23_16.26.52 2013-11-23_16.39.03 2013-11-23_16.39.55 2013-11-23_16.55.31

Check Also

afish-5

Dünya Azərbaycınlılarının Dayanışma – Həmrəylik Günü və Yeni İl Konserti!

Azərbaycan Konserti Müğənni Könül Məmmədlinin rəhbərlik etdiyi musiqi qrupu: Samirə Cəlilova      – tar Zərqələm Cəfərova ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir