Bazar ertəsi , Sentyabr 25 2017
trazensv
Home / Bəyaniyələr / Stockholmdakı Azərbaycan səfirliyi önündə keçiriləcək mitinq barədə AFİ-nin bəyaniyyəsi
logo_afi_Son_yazisiz

Stockholmdakı Azərbaycan səfirliyi önündə keçiriləcək mitinq barədə AFİ-nin bəyaniyyəsi

logo_afi_Son_yazisizAzərbaycan Federasiyası – İsveç, AFİ,

Azərbaycan Respublikasının səfirliyi qarşısında keçiriləcək hər hansı etiraz-mitinqininin Azərbaycanın düşmənlərini sevindirəcəyinə inanır!

Dəyərli azərbaycanlılar,

İsveçdə Azərbaycan Respublikası səfirliyinin qarşısında bir qrup tərəfindən etiraz-mitinginin keçirilməsi xəbəri elektron vasitə və sosial şəbəkələrdə müəyyən qədər yayılmışdır. Qeyri-siyasi, müstəqil və ictimai təşkilat olan Azərbaycan Federasiyası – İsveç (AFİ) olaraq bildirməyi özümüzə borc bilirik ki, Azərbaycanımızın müstəqilliyini təmsil edən səfirliyimizin üzərində dalğalanan bayrağımız qarşısında planlaşdırılmış etiraz-mitinqi, Azərbaycan xalqına və dövlətçiliyinə mütləq zərərvericidir.

Azərbaycan xalqının adından hər hansı şəxs və ya təşkilatların Azərbaycan səfirliyinin qarşısında etiraz-mitinqi keçirmələri, orada iştirak edənlərin istək və niyyətlərindən asılı olmayaraq, Azərbaycanımızın düşmənlərini – 20% torpaqlarımızı qəsb etmiş təcavüzkar Ermənistanı və bir başa onu dəstəkləyən və Azərbaycanımıza qarşı düşmənimizi silahla təmin edən, eləcə də 35 milyondan artıq güneyli soydaşlarımızın fundamental hüquqlarını kobudca tapdalayan İran rejimini sevindirəcəkdir. Bu addım həm də başqa Ermənistanpərəst, anti-Azərbaycan və Türkiyəni nahaqqca soyqırımda ittiham edən qüvvələrin öz siyasətlərini daha güclü həyata keçirməyə bəhanə verəcəkdir.

Biz, torpaqları işğal altında olan və cəmi 20-cə il əvvəl müstəqilliyini əldə etmiş  dövlətimizə ziyan vuran bütün əməlləri qınamalıyıq. Azərbaycanımızı yeni Liviya və Yəmənə çevirmək istəyən İran rejiminin qarşısında, siyasi əqidəmiz, partiya, dini və etnik mənsubiyyətlərimizdən asılı olmayaraq hamımız bir olmalıyıq – dövlətçiliyimizi qorumalıyıq.

Bildirməliyik  ki, federasiyamızda deyişık  fikirli dərnəklərin üzvlüyünü müsbət qiymətləndirsək də, təşkilat olaraq AFİ, heç bir partiya bağlılığı olmayan, siyasi fəaliyyət aparmayan, İsveç və Avropa qurumları qarşısında QHT formatlı təşkilatdır, Azərbaycanımızın milli çıxarlarının sadiq müdafiəçisidir.  Federasiyamız eləcə də ümummilli strateji çıxarlarımızı təmin edən orta və uzun müddətli planları həyata keçirməkdə müvafiq təşkilatlarla əməkdaşlıq edir. Bu əməkdaşlıqlar Azərbaycan Respublikasının daxili siyasi həyatına aid olan işlərə qarışmaq xarakterində yox, yalnız İsveçdə yaşayan azərbaycanlıların layiqli İsveç vətəndaşı olmalarında köməklik göstərmək, Azərbaycanın ənənəvi varlıq və milli mədəniyyətini İsveç və Avropada qoruyub saxlamaq, güneyli-quzeyli 50 milyonluq Azərbaycanın bayrağını uca tutmaqdan ibarətdir. Bu prinsiplər əsasında fəaliyyət edən federasiyamız, bizimlə əməkdaşlıq etmək istəyən şəxs və təşkilatlardan, AFİ-nin öz prinsiplərinə sadiq qalmaq istəyinə hörmətlə yanaşmalarını xahiş edir.

Gəlin birlikdə 50 milyon azərbaycanlını təmsil edən Azərbaycanımızı, dövlətçiliyimizi– birlik ve bərabərliyimizi qoruyaq!

Azərbaycan Federasiyası – İsveç

 

İdarə Heyyəti adindan Aslan Soltani

 

Stokholm, 11 iyun 2011

Check Also

A still image from a video footage shows an oil platform on fire in the Caspian Sea, Azerbaijan, December 5, 2015. REUTERS/MEYDAN TV via Reuters TV

Quzey Azərbaycanda baş vermiş faciə ilə bağlı başsağlığı

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir