Çərşənbə axşamı , Aprel 25 2017
trazensv
Home / Xəbərlər / TÜRK ELM ADAMI AZİZ Sancar NOBEL KİMYA mükafatını qazandı
aziz

TÜRK ELM ADAMI AZİZ Sancar NOBEL KİMYA mükafatını qazandı

aziz2Yazıçı Orxan Pamukdan sonra daha bir türk Aziz Sancar 2015-ci il kimya üzrə Nobel mükafatı alanlardan biri oldu. Aziz Sancardan başqa bu mükafatı Tomas Lindahl, Paul Mondrichl aldı. Hər üç alim Nobel mükafatını hüceyrələrin zədələnən DNA-larını necə bərpa etdiyini və genetik yaddaşını necə qoruduğunu təsvir edən araşdırmaları sayəsində qazanıblar. Bu araşdırmalar xərçəng xəstəliyinin müalicəsində istifadə olunub.

 ƏZİZ SANCAR KİMDİR?

ABŞ-dakı Şimali Koralina Universitetində Biokimya və Biofizika fakultəsində müəllim işləyən Prof.DR. Aziz Sancar xərçəng müalicəsində “ritmik saat” kəşfinə imza ataraq dünyada tanınmağa başlamışdır.

1946-cı ildə Mardində oxuma- yazma bilməyən ailənin 8 övladından biri olub. Sancar 1963-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinə qəbul olub, 1971-ci ildə universiteti bitirir. 1977-ci ildə ABŞ-ın Texas Universitetində doktorluq elmi dərəcəsini müdafiə edir. 1997-ci ildən ABŞ-ın Şimali Koralina Universitetinin Biokimya və Biofizika fakultəsində fəaliyyət göstərən Prof.Sancar bu günə kimi 300-ə yaxın elmi məqalənin müəllifidir. Bu məqalələrə istinad edilərək 12000-dən çox məqalələr yazılıb.

Check Also

afish-5

Dünya Azərbaycınlılarının Dayanışma – Həmrəylik Günü və Yeni İl Konserti!

Azərbaycan Konserti Müğənni Könül Məmmədlinin rəhbərlik etdiyi musiqi qrupu: Samirə Cəlilova      – tar Zərqələm Cəfərova ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir