Bazar ertəsi , Avqust 21 2017
trazensv
Home / Xəbərlər / Yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk
baku

Yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk

baku

Dəyərli yurddaşlar!

2015-ci il may ayının 19-u Bakı şəhəri, Binəqədi rayonunda Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğın nəticəsində ölən və yaralanlar var. Son bilgilərə görə, 50 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. 15 nəfər yanğın nəticəsində dünyasını dəyişib.

Dəyərli yurddaşlar!

Baş vermiş yanğın hadisəsi bizidə narahat etdi və dərindən kədərləndirdi. Çox təəssüflə deməliyik bu hadisə, son vaxtlar Bakidə baş verən ikinci yanğındır. Umid edirik ki, sorumlu qurumlar belə halların baş verməməsi üşün gərəkən tədbirləri alacq və baş verdikdə isə, lazım olan yardımı göstərəcəklər.

Təcrübə göstərir ki, yanğın hadisəsində ölümə nədən əsasən, tüstü və tənəffüs çatışmamazlığıdır. Bu mənda çox mərtəbəli binalara köçən insanlara , yanğın və tüstüdən qorunma haqda, yanğın söndürən idarə tərəfindən bilgi verilməlidir. Bir çox hallarda insanlar , yardım gözləmədən, tüstülü dəhlizlərlə bayıra çıxmağa cəhd edir və nəticədə bir neçə saniyədə tüstüdən boğulur. İnsanları bilgiləndirmək ölüm saylarını kəskin şəkildə azalda bilər.

Dəyərli yurddaşlar!

Binəqədi Rayonunda baş vermiş yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk və keçmiş olsun deyirik. Ölənlərə ulu tandıdan rəhmət diləyirik.

Azəbaycan Fedrasionu İsveç

İdarə Heyəti

2015.05.19

Check Also

afish-5

Dünya Azərbaycınlılarının Dayanışma – Həmrəylik Günü və Yeni İl Konserti!

Azərbaycan Konserti Müğənni Könül Məmmədlinin rəhbərlik etdiyi musiqi qrupu: Samirə Cəlilova      – tar Zərqələm Cəfərova ...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir