Bəyanatlar siyahəsinə geri dönmək üçün, buraya daxil olun

 

DÜNYA QADINLAR GÜNÜ QUTLU OLSUN !

 

Yaşadığımız ölkələrdə, hansı ölkə olursa olsun, öz kimliyimizi, adət - ənnənələrimizi qruyub saxlamaq, uşağlarımıza öyrətmək, dilimizi duru və diri saxlamaq insan olaraq hamımızın borcudur. Yurdunu-yuvasını sevib sevdirmek, onu ictimai, siyasi, iqtisadi yöndən gəlişdirmək bütün sorumluluq duyan insanların vətəndaşlıq borcudur.
 
Cinsiyətindən asılı olmayaraq insanlar vətəndaşlıq borcları ilə yanaşı vətəndaşlıq hüququna da malik olmalıdırlar.
 
Bütün bunlar həyat yolunda mubarizədir. Öz dilini qorumaq, vətənini sevib sevdirmək, öz hüququnun nə olduğunu bilib, onu tələb etmək, ailədən başlamış toplumun bütün sahələrində mübarizə aparan insanların hamısına aiddir. Hər kəs öz sahəsində bu mübarizəyə aktiv qarışarsa, aktiv və bilgili insanların sayı hər toplumda nə qədər çox olursa o ölkənin gəlişmə şansı da bir o qədər artmış olar!
 
Bir sıra ölkələrdə hakim olan sistemin yardımı ilə həyat yolunda mübarizə olduqca sadələşdirilir. Bu ölkələr demokratik ölkələrdir. Belə gəlişmiş ölkələrdə vətəndaş özünü çox sərbəst və rahat hiss edir. Cinsiyətindən asılı olmayaraq ölkə qarşısında öz vətəndaşlıq borcunu könüllü ödüyüb eyni zamanda öz haqlarının bilincində olur, onların istəməyini də bilir.
 
Qeyri-demokratik ölkə quruluşlarında isə vətəndaşlar yaşadıqları sistemdə özünü yanlız bir sadə işçi kimi görməyə başlır. Bu sistem ölkələrdə vətəndaş get-gedə öz gücnü əldən verib, ölkə qarşısında bir pasiv insana çevirilir.
 
Qadınların da kişilərin də ölkədə hansı ölçüdə ölkə quruluşlarında sosial, siyasi və başqa sahələrində aktiv olmalarını o ölkədə hakim olan sistem bəlli etməkdədir.
 
Demokratik quruluşalar ilkəsinə bağlı olmayan ölkələrdə millət nə qədər pasiv olsa ölkəni yürədən  diktatorlar daha da sevinirlər və özlərini daha da güclü görməyə başlarlar.
 
Elə həmin ölkələrdən birini də İran adlanan ölkəni nümunə kimi götürsək, orada vətəndaşlar öz haqlarından məhrumdurlar.

İranda fars olmayan millətlərin dilləri də qadağandır. Orada fars olmayan başqa millətlərə neçə qat artıq zülm olunur. Bu ümumi basqılardan sonra bir də qadına olan ayrı-seçkiliklərdir. İranda bütün sahələrdə qadınlara olan basqının nəticəsini qadınların ictimai və siyasi quruluşlarda olduqca az olmasının əsas səbəbidir.
 
Biz Azərbaycan Federasiyası olaraq BÜTÜN DÜNYA QADINLARI İLƏ YANAŞI AZƏRBAYCAN QADINLARININ DA QADIN GÜNÜNÜ QUTLAYARAQ hörmətli qadınlarımıza üz tutub  onlaraın hem qutsal analıq həm də kişilərlə çiyin – çiyinə ölkə düzənində böyük gücə malik olmalarını vurğulayaraq təşkilatımızda aktiv olmaya çağırırıq!

 

 

Azərbaycan Federasiyası – İsveç, AFİ

Başqan

Səttar Sevigin

8.III.2010