Bəyanatlar siyahəsinə geri dönmək üçün, buraya daxil olun

 

AFİ BAŞ KOMİTƏSİNİN, 21 AZƏR MÜNASİBƏTİ İLƏ BƏYANATI

21 AZƏR – FƏRƏH VƏ KƏDƏR DOLU TARİXİMİZİN ÖRNƏYİ

 

Tarixdə əbədi bir millət yoxdur. Bəşəriyyət tarix kitabında yalnız adları qalmış millətlərin adlarına tez-tez rast gəlmək olur. Məhv olmuş millətlərin qara talelərinin səbəbləri haqda çox şey bilməsək də hər millətin ciddi cəhdi davam və məqası yolunda mücadilə və mücahidətlərinin bu haqda mühüm rol oynaması sözsüzdür. Azərbaycan türk milləti də öz varlığını elə ötən nəsillərinin şüurlu davranışı və fədakarlıqlarına borcludur. Son 88 ildə millətimizi məhv etməyə doğrulmuş planların sıxlığını nəzərə alsaq, məğrur Azərbaycan türk millətinin bu günkü başucalığı ilə 12 Şəhrivər Bəyannaməsini yazalanlar və 21 Azərdə Azərbaycan Milli Hökümətini quranlar və bir illik gecə-gündüz çəkilən zəhmətlər və verilən qurbanların bahasına mümkün olmuşdur. Minlərlə şəhid və fədayi, minlər İrandaxili sürgün, minlər mühacir və minlər Sibiriaya yollanan əsirlər, Güney Azərbaycan türkünün milli şüurunu yalnız folklorik abidələr yox, həm də şərəfli milli dövlətçilik abidələrinə sahib etmişdir.

 

XX əsrdə Azərbaycan türkü Quzeydə və Güneydə iki milli dövlət qurmaqla XI əsrdə azad yaşamağa özünə layiqli vəsiqə qazanmışdır. Quzey Azərbaycanın 1991-ci ilin oktyabrında öz dövlətçiliyini bərpa edəndə 1918-1920 fasiləsində qurulmuş “Azərbaycan Xalq Cumhuriyyəti” ənənəsinin oynadığı mühüm rol kimi bugün Güney Azərbaycanın da milli azadlıq hərəkatının iradəsi Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi milli dövlətçiliyinin xatirəsindən ilham alarkən möhkəmlənir. Bu baxımdan 1945-46 tarixli milli dövlətimizin müqəddəs bayrağı, bugün Təbrizdə və bütün Azərbaycanda gedən milli azadlıq mübarizəsinin yoluna işıq saçır və bugünkü gənclik, Seyid Cəfər Pişəvəri və Firidun İbrahimilərin adından və yadından ilham alır.


Yaşasın Güney Azərbaycan milli dövlətçilik abidəsinin şanlı xatirəsi!

 

Azərbaycan Federasiyası – İsveç
Səttar Sevigin

Sədr

Stockholm, 12.XII.2009