Bəyanatlar siyahəsinə geri dönmək üçün, buraya daxil olun

 

31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik (Dayanışma) Günü
ilə 2010-cu Yeni İl
Güneyli-Quzeyli Bütün Azərbaycan Türk Ulusumuza Uğurlu Olsun!

 

Başda güneyli-quzeyli ana yurdumuz Azərbaycanda olmaqla, dünyanın dörd bir yanında yaşayan 50 milyondan artıq Azərbaycan türklərinin yurdsevər oğul-qızları dekabr ayında bir neçə tarixi günü sevinc və təntənəylə keçirirlər.

 

1945-ci il dekabrın 12-sində, Azər ayının 21-ində Güney Azərbaycanın Təbriz elində Seyid Cəfər Pişəvəri başçılığı altında milli hükumətimiz quruldu. Demək 1945-ci il dekabrın 12-si, Azər ayının 21-i Azərbaycan türk ulusunun Güney Azərbaycanda yaşayan bölümünün fars şovinizmindən ilk böyük qurtuluş gününü yada salır.

Dekabrın 12-si, Azər ayının 21-i sonradan itirdiyimiz qurtuluş günümüzün anısıdır (xatirəsidir). Bu gün qurtuluş günümüzün, Milli dövlətçiliyimiz qurulduğu günün, ana dilimizin rəsmi olduğu günün, milli Parlamentimizin yarandığı günün, milli ordumuz olan Fədailər qoşununnun yarandığı günün, qadınların kişilər ilə bir dəyər daşıyıb seçib – seçilmə haqqına yiyələnməsi günün anısıdır (xatirəsidir).

 

 1945-ci il dekabrın 12-sində, Azər ayının 21-ində Güney Azərbaycanın Təbriz elində Seyid Cəfər Pişəvəri başçılığında qurulmuş olan milli hükumətimiz bu günə kimi ayaqda qalmış olsaydı ulusumuz da bizlər də fars köləliyindən qurtulmuş olacaqdıq.

 

Fars şovinizmin təmsilçisi İngilisin elaltısı olan Rza Pəhləvi qoşunu İngiltərə, Amerika,  Rusiya razılığıyla bir il sonra 1946-cı ildə gənə dekabr ayında Milli Hükumətimizi qana boğdu.

 

Rza Pəhləvi qoşunun milli hükümətimizə saldırısında minllərcə yurddaşımızı öldürüldü. Bir fars şovinistinin buyuruğuyla minlərcə yurddaşımızın öldürülməsi, dilimizin yenidən qadağan olması, qurtuluşumuzun itirilməsi dərindən ürəyimizi ağrıdır.

 

Böyük fars şovinisti Rza Pəhləvinin bu qan içici, insanlığın üz qarası, cəlladca basqınını kəskinliklə qınayıb, bir gün yenə qurtuluşumuza çatmağı umuruq. Ancaq, bu gün fars rejiminin qurtuluşumuzu qana boğan basqınının anısı yox, Azərbaycanın bağımsızlığı yolda atılan tarixi adımları bir daha o nailiyyətlərə yetişmək ümüd ilə təntənəylə keçiririk.

 

Ana yurdumuzun rus qulluğundan qurtulmuş-bağımsız quzey bölümündə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik (Dayanışma) Günü qərarı alındıqdan sonra bu gün Dayanışma və Milli Birlik gününə çevrilmişdir. Yeni milladi ilin qutlamasıyla ilə üst-üstə düşən bu gün Dünya Azərbaycan Türkləri üçün böyük bir bayrama çevirilmişdir.

 

Ruslar tərəfindən çekilmiş Azərbaycanı ikiyə parçalamış tikanlı məftillər, elə ancaq bu gündə Quzeydə yaşayan yurddaşlarımızın bacarıqlı əllərilə yer-yer sökülüb, yer-yer yandırılmışdır. 

 

Azərbaycanımızın bağımsız quzey bölümü dünyada özünə layıq yer tutmaqda günü-gündən irəliyişdədir. Xaricdə diaspora təşkilatlarımız get-gedə güclənməkdədir. 12 dekabr Amstrdam toplantısı milli dirçəlişmənin irəliləşməsinin göstəricisi kimn elə dekabr aynda olmuşdur (12 dekabr 2009). Bütün bu irəliləşməyə, gəlişməyə baxmıyaraq Azərbaycanımızın bağımsız quzey bölümü çox ağır sorunlar ilə qarşı – qarşıyadır.

 

Quzey Azərbaycan torpaqlarının 20%-i ermənilərin işğlı altındadır. Artıq ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması yolunda indiyə kimin atılmış diplomatik adımların yüksək dəyərləndirməklə yanaşı daha artıq yetərli olmamasınıa inanırıq. 2010-cu ildə doğma yurdumuz olan Qarabağı yağılardan təmizlənməsini diləyirik.

 

Fars əsarəti altında olan Azərbaycanımızda:
21-ci əsridə 30 milyonluq bir ulusun öz milli haqlarına malik olmaması çox dərin təəcüb hissi duyurmaqdadır.

Nədən İranda tarixlər yaradan Azərbaycan türkü öz ilkin haqlarından məhrumdur?
Nədən fars dilinə bezək verən onu qoruyub saxlayan Azərbaycan türkü öz ana dilini oxuyub yazmaq ixtiyari yoxdur?
Nədən İranda məktəb banisi olan Azərbaycan türkünün öz ana dilində bir məktəbi belə yoxdur?
Nədən qəzet çapının banisi olan azərbaycanlılar öz ana dilində bir rəsmi qəzeteləri yoxdur?
Nədən İran teatr  senedinin ustası olan Azərbaycan millətinin öz ana dilində teatr oynamaqa haqqı yoxdur?
Nədən İran iqtisadiyatını gəlişdirən, Tehran Bazarının sahibləri olan azərbaycanlılar öz milli iqtisadiyyatını qurub gəlişdirə bilmək huququna malik deyil?
Nədən azadlıq simgəsi olan azərbaycanlılar öz igid evladlarını zindanlardan azad ede bilmirlər?
Nədən qadın haqlarını savunan azərbaycanlıların öz qadınları insan haqlarindan məhrum olmalıdırlar?
Bu nədənlərin cavabını kimlər verəcəklər?
İran Məclisində Parlamentində oturan ay qeyrətli azərbaycanlı millət vəkillərimiz Siz deyilsinizmi bizim millətin seçilmiş nümayəndələri? Bu suallara cavabınız varmı?

 

Ümüd edirik 2010 miladi ilində millətimiz bu suaları aradan qaldırıb öz gücü ilə milli haqlarına nail olsunlar!

2010-cu ildə vətənimizin müstəqil bölümündə işqal olunmuş torpaqlarımız Azərbaycanın Milli ordusu əliylə azad olmasını diləyirik!

2010-cu ildə xaricdə yaşayan Azərbaycan türklərinin diaspora təşkilatlarının birlikdə daha da güclü atdımlar atmasını diləyirik.

2010-cu ildə Azərbaycan ilə Türkiyə diaspora arasında, eləcə də başqa türk soydaşlarımızla əməkdaşlıq diləyirik.

 

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik (Dayanışma) Günü, Milli Birlik günü, Uğurlu Olsun!

 

Yeni İliniz Mübarək Olsun!

 

Azərbaycan Federasiyası – İsveç, AFİ

Başqan

Səttar Sevigin

Stockholm, 26.XII.2009