Azərbaycan

Fedrasiyonu

İsveç(AFİ)

   
 

Svenska

AFİ təqivmi

E-post lista

Əlaqə

Yenilik


İÇİNDƏKİLƏR

 9-cu qurultay  
 İdarə Heyəti
 Nizamnamə
 Cəmiyyətlər
 Protkollar
 Projə və planlar
 Qərarlar
 Dərnək statistiki
 Güney Azərbaycan
 Qarabağ
 Linklər
 Arxiv

 
  
   

İsveçdə yaşayan həmvətənlərimiz fərqləniblər


Əhəd Əhmədoğlu: Biz azərbaycanlıların və türklərin Avropanın birincisi olması üçün əlimizdən gələni əsirgəmirik

İSKA-nın (Kikboks Beynəlxalq İdman Assosiasiyası) Macarıstanda keçirilən Avropa Çenpionatında İsveçdə yaşayan azərbaycanlı idmançılar yüksək fəallıq nümayiş etdirib. Belə ki, 16 yaşdan aşağı olan idmançılar arasında 13 yaşlı Nəbi Allahyarov 1 qızıl, 2 gümüş mükafata layiq görülüb. 16 yaşdan yuxarı idmançılar arasında isə 18 yaşlı həmyerlimiz Balağa Əliyev 2 bürünc medala sahib olub. Qeyd edək ki, həmyerlilərimiz isveç milli İSKA Kikboks komandasının tərkibində çıxış ediblər.

18 ölkənin qatıldığı çempionatda ən yaxşı döyüşçü adını isə isveçrəli idmançı Mariya Lindqvist qazanıb. Ümumilikdə isə komanda 22 medala sahib olub. Bu barədə İsveç İSKA Federasiyasının prezidenti, kikboksinq və Konq-fu idman növləri üzrə beynəlxalq hakim Əhəd Əhmədoğlu Nobakti bildirib. İsveçdə Konq-fu, kikboks federasiyalarının üzvü və  məşqçisi olan həmyerlimiz Skandinaviyanın ən böyük açıq döyüşlərin təşkilatçılarından biridir. Əhəd Əhmədoğlu Nobaktinin sözlərinə görə, onlar İsveçdə yaşayan həmyerlilərimizin, eləcə də türklərin Avropanın ən birinci idmançılarından olması üçün əllərindən gələni əsirgəmirlər. 9 ildən artıqdır ki, İsveçdə yaşayan həmyerlimiz əksər hallarda qarşılarına qoyduqları məqsədlərə çatdıqlarını da söyləyib. O, çempionatda iştirak edən idmançıların dəfələrlə müxtəlif ölkələrdə uğurlar qazandığını bildirib. Həmyerlimiz bildirib ki, Azərbaycanda olan iş adamları çempionatda iştirak edən Nəbi Allahyarov və Balağa Əliyevə dəstək olsalar, idmançılarımız gələcəkdə daha da yüksək nailiyyətlər əldə edərlər. Əhəd Əhmədoğlu çempionatda yarışan iki gəncin yaşadıqları ölkəni təmsil etsələr də, azərbaycanlı olmaları ilə fəxr etdiklərini söyləyib.

İsveçin Emmaboda bələdiyyəsinin üzvü olan həmyerlimiz İsveçdə yaşayan azərbaycanlılar və türklərin Azərbaycanla bağlı olan məlumatları elə burada çap olunan qəzetlərdən əldə etmək istədiklərini bildirib. Və söyləyib ki, “İsveçdə yaşayan soydaşlarımızın Azərbaycanda baş verən ictimai-siyasi və mədəni hadisələri tək internet vasitəsilə deyil, eləcə də Azərbaycanda nəşr edilən qəzetlərdən izləsinlər”. Əhəd Əhmədoğlu “Yeni Azərbaycan” qəzetinin hər nömrəsini orada olan kitabxanaların oxucularının ixtiyarına vermək niyyətində olduğunu da gizlətməyib və yaxında bu işin alınması istiqamətində addımlar atacağını da söyləyib.

 əsas səhifə

 
 

 

 
 
 
 

9- cu qurultayın şəkilləri

tıxlayın

9-cu qurultayın  protokollu

tıxlayın