
Azərbaycan Fedrasiyonu-İsveçin(AFİ)
İ
ran rejimi tərəfindən həbs olunmuş milli hərəkat fəallaı Abbas bəy Lisanı ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara və soydaşlarımıza müraciəti
Dəyərli xanımlar və cənablar!
Bildiyiniz kimi, İran adlanan ölkədə Azərbaycan Türklərinin bütün milli-mədəni və eyni zamanda ən adi insan haqları tapdalanmaqdadır. Bu tapdalanmış haqları əldə etmək uğrunda mubarizə aparan bir-çox gənclərimiz və zialılarımız Tehran rejiminın həbsxanalarında və polis bölmələrində ağır işgəncələrə məruz qalır, onların canı hər hər zaman təhlükə altındadır. Çox sayılı insanımız naməlum bir əhvalda bəlirsiz yerlərdə saxlanılır və yaxud dəhşətli işgəncə və çətinliklərə məruz qalırlar. O cümlədən tanınmış şair və milli mubariz Abbas bəy Lisanı acı bir əhvalda, neçənci dəfədir ki, aclıq aksiasına davam edərək rejimin qeyri demokratik işlərinə və nədənsiz həbsə atılmasına etiraz bildirir. H
azırda onun həyatı son dərəcə ağır bir duruma düşmüşdür. Maraqlıdır ki, bu olayların hamısı dünya ictimaiyyətinin gözləri önündə baş verir.Biz Azərbaycan Fedrasiyonu-İsveç(AFİ) olaraq üzümüzü dünya ictimaiyyətinə,
insan haqları ilə məşğul olan beynəlxalq təşkilatlara və eləcə də soydaşlarımıza tutub, müraciət edərək, aşağıda gələn istəklərin yerinə yetirməsini Dünya ictimaiyyətidən, BMTdən, özəllikcə yaşadığımız ölkə rəhbərliyindən(İsveç dövlətindən) istəyirik:1- Tehran şovonist rejiminin, Azərbaycan Türklərinə qarşı qeyri insani işlərinin məhkum edilməsini və önünü alınmasını tələb edirik.
2- Azərbaycan Türklərinin milli-mənəvi varlıqlarını mudafiə edən gənclərimizin həbsxanalardan azad edilməsin istəyirik.
3- Şərəfli mubariz Abbas bəy Lisanının haqsız yerə həbsxanaya salınmasını və işgəncələrə məruz qalmasını məhkum edib, aclıq
aksiyansını dərhal dayandırması və azadlığa buraxılmasını istəyirik.Azərbaycan Fedrasiyonu-İsveç