Azərbaycan fedrasiyonu və Türkiyə fedrasionun işbirli artacaq!
Azərbaycan və Türkiyə federasiyonun başqanları bir araya gəldilər Bu günlərdə İsveçdəki Türkiyə Federasiyonu ilə Azərbaycan Federasiyonunun rəhbərliyi arasında rəsmi görüş keçirilib. Bu önəmli görüş İsveçin
Yöteborg şəhərində gerçəkləşib. Azərbaycan və Türkiyə Federasiyon başqanları və iki tərəfi təmsil edən nümayəndələr bir sıra məsələləri, işbirliyini müzakirə ediblər. Və belə müzakirələrin davamı olması məqsədəyuğun sayılıb.
Azərbaycan Federasiyonun başqanı Məmməd Rza Ağapur bu görüşü yüksək qiymətləndirərək Türkiyə və Azərbaycan federasiyonları arasında diaspora fəaliyyətinin daha yüksək səviyyədə olmasını vacib sayıb. O, bir neçə mühüm məsələnin həyata keçirilməsini Türkiyə Federasiyonundan xahiş edib. M.R.Ağapur hər iki tərəfin lobbiçilik məsələsilə birgə məşğul olmalarını önə çəkib. Sayca az olan ermənilərin qondarma soyqırım məsələsini dünyada bu qədər qabartmasını vurğulayan AFİ başqanı, bunun ağrılı məsələ olduğunu deyib: "Qarabağ məsələsini, bir milyondan çox Azərbaycan vətəndaşının öz yurdlarından didərgin düşmələrini, habelə Güney Azərbaycanda insan və mill-mədəni haqların tapdalanmasını hamımız birlikdə dünya ictimaiyyətinə çatdırmalıyıq.
Türkiyə Federasiyonun başqanı Hasan Dölek də bu görüşdən məmnun olduqlarını bildirib. O, Azərbaycan Federasiyonu başqanın tələblərini dəyərləndirərək, Türkiyə Federasiyonu olaraq bütün türklərin görməli olduğu işləri bir daha xatırladıb. Hasan Dölek də öz növbəsində bundan sonra sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyi zəruri hesab etdiyini bildirib.
Bu önəmli görüşün sonunda Məmməd Rza Ağapur Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin "Bir millət iki dövlət" şerinin əks olunduğu tablonu Türkiyə federasiyonunun başqanına təqdim edib. Hasan Dölek də öz növbəsində Türkiyə Federasiyonunun embleminin əks olunduğu tablonu AFİ başqanına bağışlayıb.