Ustad Fərzanənin xatirəsi anıldı

Azərbaycan xalqının görkəmli ədib və millət xadimi Pr. Məhəmməd Əli Fərzanənin bu dünyadan köçməsinin il dönümü ilə bağlı Azərbaycan Fedrasiyonu-İsveç(AFİ) vasitəsilə aldığı qərara uyğun İsveçin Göteborg şəhrində bir anma mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Afi başqanı, Məmməd Riza Ağapur , millət xadimi Pr.Fərzanənin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışararaq, 21 azər dönəmindən bu günədək bu mubariz alimin ifa etdiyi böyük rolu tariximizdə əbədi yazılmasından söhbət açmışdı. Ustad Fərzanənin səmimi və aynı zamanda qələmdaşı olan həyat yoldaşı Əxtər xanım ustadın yadın bir gözəl və duyğulu yazı ilə ağırlayıb, bu dahi alimin həyat və yaradıcılığı haqda bir-neçə məsələni açıqladılar. Arif bəy Rəhimoğlu öz məruzəsində ustadın buraxdğı böyük izdən danışaraq bu alimin Azərbaycan folkuloru uğrunda çəkdi zəhmətlərin dəyərləndidilər. Güney Türkmənistan-milli hərəkatının tanınmış insanlarından olan Toylu bəy ustad Türk dünyasına ayid bilərək bu böyük folulorşunasın yapıtları haqda danışdəlar. Mahmıd bəy Bilgin ustaddan bir xatirə söylədikdən sonra ustadın verdiyi böyük gücdən milli hərəkata söz açıb, dahı ustadın folkulor sahəsində dəyərli çabalarından danışdılar. Eldar bəy Qaradağlı çox gənc çağlardan xatırladığı iki xatirəni ustadla ilgili iştirakçılarla paylaşıb ardıca ustad Fərzanənin Azərbaycan Türk millətinə həsr etdi əsərl barəsində bir-neçə məsələyə toxundular. Əmir bəy Cəvaheri ustadın mənəvi ruhu və düşüncələri haqda danışıqlar apardı. O qeyd etdi ki, ustad Fərzanə azadlıq və insanların hür yaşamaqları uğrunda böyük mucadilələr aparmışdı. Dr. Hüseyn bəy Yəhyayi fikirlərin və xatirələrindən danışaraq Ustad haqda hazırladığı kitabdan söhbət açıb, bu dahi insanımızın fəlsəfi görüşləri və Azərbaycan xalqına etdiyi xidmətləri haqda geniş bir məlumat verdilər. Dadş bəy Əslanzadə öz məruzəsində ustad Fərzanənin həsr etdi yaşamın millətinə və onun varlığı uğrunda apardığı mucadilələrdən söhbət açmış, ustad Fərzanənin yaradıcılığı və təsirlərindən Azərbaycan folkuloruna bir-neçə qonunu xatirladılar. Riza bəy ustaddan bir neçə xatriə zikr edib, bu alimin yadın və adın diri saxlamağı ən vacib işlərdən saydılar. Tədbirə yekun vuran Dr. Şəkür bəy ustadın ailəsi tərəfindən təşkkürlarını iştirakçılardan bildirərək AFİ dən bu anma mərasimin gərçəkləşdirdiyinə görə qədrdanlığın bildirdilər . Tədbirin sonda hamı ayağa qalxıb və ustadın xatiri için bir dəqiqə süküt ixtiyar etdilər.

əsas səhifə