Xəbərlərin siyahəsinə geri dönmək üçün, buraya daxil olun
26 oktyabr (2009) günü, Azərbaycan Federasiyası -İsveç AFİ-nin Baş Komitə üzvləri, İsveç Krallığının Azərbaycan Respublikası və Ermənistan üzrə səlahiyyətli səfiri cənab Hans Gunnar Aden ilə görüşdü. Bir saatdan çox sürən görüşdə, Güney Azərbaycan problemi, Ermənistanın hərbi təcavüzü, İsveçdəki Azərbaycan diasporası barədə məlumat mübadiləsi aparıldı. Cənab səfir, AFİ ilə öz tövsiyələrini də paylaşdı. Sonda isə, cənab səfirə, "Erməni terroru" və "Qarabağ: tarix və faktlar" adlı ingilizcə disklər, həmçinin isveçcə Güney Azərbaycan problemi haqda məlumatlandırıcı kitab təqdim olundu.
AFİ BK-dan Səttar Sevigin, Səid Əzizi, Əfzəl Məhəmmədi və Ayda Əmir Haşimi iştirak edirdilər.
![]() |
![]() |