Xəbərlərin siyahəsinə geri dönmək üçün, buraya daxil olun

 

QANLI YANVAR HADİSƏSİNİN 20-Cİ İLDÖNÜMÜ STOKHOLMDA QEYD OLUNDU

 

20.I.2010. /AFİ

 

1990-cı il yanvarın 19-nda, Mixalil Qorbaçov, Sovet Sosialist Respublikaları İttifaqının Konstitutsiasının 119-cu maddəsini, xalqların təhlükəsizliyinin təmin olunması prinsipini, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitutsiasının 71-ci maddəsini kobud şəkildə pozaraq, yanvarın 20-ndən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqda fərman imzaladı. Və bununla, Azərbaycan xalqına divan tutdu. Tsar İmpersiyasının məkirli və müstəmləkəçi siyasətini davam etdirən Sovet İmperayasına qarşı, xalqımız öz iradəsini nümayiş etdirdi və milli müstəqillik tələbini ortaya qoydu.

 

Qanlı Yanvar hadisəsinin 20-ci ildönümü, Stokholmda, ABF Şimali Stokholm şöbəsinin əməkdaşlığı ilə Azərbaycan Federasiyası İsveç, AFİ-nin təşkilatçılığı ilə 20 yanvar saat 19.00-dan 21.00-dək qeyd edildi. Tədbir, Azərbaycan dövlət himni ilə açıq elan olundu. Şəhidlərimizin ruhuna bir dəqiqəlik sükutdan sonra, AFİ sədri Səttar Sevigin Qara Yanvar haqqında çıxış edərək, hadisəyə xronoloji nəzər saldı. Sonradan çıxış edən Paşa Sərxanlı, Əlirza Ərdəbili, Rahib Kazımlı, Mehdi Mehdiyev, Aytaş Sadatoğlu, Elnur Sadıqov və Abdulla Əmir Haşimi (Cavanşir), 20 Yanvar haqqında və onun tarixi əhəmiyyəti haqqında fikirlərini iştirakçılarla paylaşdılar. Tədbirdən sonra, 20 Yanvar şəhidlərimizin ruhu Fatihə oxunaraq, AFİ tərəfindən ehsan yeməyi verildi.

 

Tədbirdə İhlas Xəbər Agentliyinin müxbiri Metin Altınişık və Türk İşçi Dərnəkləri Federasiyası və Atatürkçü Düşüncə Dərnəyindən Mustafa Sönməz də iştirak edirdilər.

 

Tədbir barədə həm də buradan oxuya bilərsiniz: TRF

 

Tədbirdən bir neçə foto təqdim edirik: