Xəbərlərin siyahəsinə geri dönmək üçün, buraya daxil olun

 

AZƏRBAYCAN FEDERASİYASI İSVEÇ - AFİnin
XOCALI SOYQIRIMI İLƏ BAĞLI GÖRDÜYÜ İŞLƏR BİLDİRİŞİ

 

27.II.2010.

 

Fevralın 26-sından başlayaraq Azərbaycan Fedrasiyası İsveç-in Xocalı soyqırımı ilə bağlı hazırladığı yazı, ingilis dilində bildiriş ayrıca Azərbaycanda Xocalı soyqırımı ilə bağlı Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitablar İsveçin paytaxtı Stokholmda yerləşən dəyişik ölkələrin Səfirliklərinə elecə də İsveçdə olan Partiya liderleri ilə yanaşı millət vekillərinə də verilmişdir. Xocalı soyqırımı haqqında İsveçin siyası partiyaları, bu ölkədə olan xarici ölkələrin hökümət nümayəndələri, habelə beynəlxalq təşkilatlarının nümayəndələri məlumatlandıraraq, Xocalı haqqında yazı, bidiriş və kitablar Gürcüstan, Yunanıstan, Fransa, Türkiyə, Pakistan, Norveç, İngiltərə, Çin, Japoniya, Korea, Finland, Isveç radiosu, İsveç televiziyası, İsvəcin ən böyük 3 qəzetəsinə verilmişdir.     

Xocalı soyqırımı haqqında İsveçin siyası partiyaları, bu ölkədə olan xarici ölkələrin hökümət nümayəndələri, habelə beynəlxalq təşkilatlarının nümayəndələri məlumatlandıraraq onlara bu soyqırımla bağlı ingilis dilində çap olunmuş 2000 nüsxə kitabcıq təqdim ediləcəkdir.

Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı İsveçin paytaxtı Stokholm şəhərində fevralın 27-de Stockholmun mərkəz meydanı Sergels Torgda Isveçdə yaşayan soydaşlarımızın iştirakı ilə aksiya keçirildi. Aksiya çərçivəsində Azərbaycan Federasiyası İsveç AFİ faciəni əks etdirən, Isveç və ingilis dillərində hazırılanmış kitabcıqlar paytaxt sakinləri arasnda yayıldı. Aksiya ilə yanaşı Soyqırımla bağlı ingilis dilində çap olunmuş 2000 nüsxə kitabcıq aksiya ərəfəsində meydandan keçənlərə paylandı, “Xocalıya ədalət” adlı kampaniyada da imza toplanıldı.


Saygılar,

Səttar Sevigin

2010-02-27
Stokholm

 

.