Xəbərlərin siyahəsinə geri dönmək üçün, buraya daxil olun
III.2010./Səttar Sevigin
Parlamentdə gedən danışıqların hamısını izləyərək dinlədim. Bu önərini irəli sürənlərin bu dərin məsələyə nə qədər qolay baxmaları, özəlliklə türk düşmanlıqları ve xristian-türk davası adlandırdıqları bu böyük tarixi olaya baxışları ve gətirdikləri nədənlər olduqca üzücüydü.
İsveç parlamentində alınan qondarma Soyqırım qerarı, əskidən bəri Avropada qalmış türk düşmanlığı oyunun davamıdr. İsveç parlamentində oynanan bu səviyyəsiz oyuna İsveçdə yaşayan başqa yurddaşlarım kimi Azerbaycan türkü olaraq mə də çox üzgünəm.
Bu oyunun arxasında durub qondarma Soyqırımı qərərına səs verən131 nümayəndənin kimlər və hansı partiyalardan olduqları bizə bəllidir. Soyqırım qərarına qarşı çıxanların da sayısı 130 nəfəridi. Deməli bir səs fərqi ilə Türkiyədə və Avropada yaşayan Türkiyə kökənli olan insanları bir-birinə yaxınlaşdırmaq yerinə, bir-birinə nəfrət etməyə çağırırlar.
Bunlardan başqa 88 nəfər səs verməye qatılmamışdırlar. Səs verməyə qatılmıyanlardan biri MP yaşılçı partiyadan olan türk kökənli Mehmet Kaplan idi. Mehmet Kaplan bu qərara YOX səsi vermiş olsaydı bu pis qərar alınmayacaqdı. Ancaq, təəssüflər olsun, Mehmet Kaplan üzvü olduğu, Türkiyəyə düşmanlıq edən isveçli partiyanın ilkələrinə boyun əyərək, partiyadan atıla bilmək qorxusundan, bilə-bilə ana yurdu Türkiyə üçün çox-çox önəmli olan YOX səsi vermədi. Üzvü olduğu, Türkiyəyə qarşı açıq düşmanlıq qərarı imzaladan İsveç MP partiyasını ana yurdu Türkiyədən üstün tutmuş olan Mehmet Kaplan yaşam boyunca vicdan əzabı çəkməyəcəkmi!?
FP xalq partiyasından, türkiyəli bir kürd bir isveçli və KD xristian demokrat partiyasından bir Syriyani və bir isveçli isə, Türkiyəyə dostluq gözüylə baxıb bütünlüklə YOX səsi verən partiyalarının qərarına qarşı qoyaraq Türk düşmanlıqlarını açıqca dilə gətirərək, sevinə-sevinə, qışqıra-qışqıra, bağıra-çağıra HƏ səsi verdilər. Görəsən, bu iki nəfərin hoplaya-zıplaya, sevinə-sevinə HƏ səsi verdiklərini görən, YOX səsi verməmiş olan Mehmet Kaplan-ı utandırmadımı?!
Əskidən insanlığa ən böyük qatqılarda bulunan türk böyüklərimiz, insanlığa ən böyük sayğı göstərən türklər, qonşularını bağrına basan türklər, farsı / rusu / ermənini / kürdü bəziyib bəsləyən türklərdən quşqulanan İsveç S sosialdemokrat, V sol, MP yaşılçı Partiyalarından bu qondarma soyqırımı qərarına HƏ demiş olanlar da yaşam boyunca vican əzabı çəkmələrini diləyirik.
Avropa, Amerika, başda böyük Türkiyə dövləti olmaqla biz türklərə diz çökdürmek istəyirlər. Bu acı gerçəyi anlayıb nə edəcəyimizi yaxşı bilməliyik.
Təəssüflər olsun, İsveç parlamentində, S sosyaldemokratlar, MP yaşılçılar, V solçu partiyalarınca, Türkiyəyə qarşı, bütün türk xalqlarına da olumsuz etkiləyən belə haqsız qərar alınmışdır. Ancaq, belə qərarlar bizləri üzsə də sarsıda bilməz! Türklərə düşmanlıq edənlər bunu bilməlidirlər,
Napoleon Bonaparte demişkən:
Ey türk düşmanı, bunu bil,
bir türkü savaşda öldürə bilsən də ona diz çökdürə bilməzsən!
Biz də Ata Türk demişkən, Nə Mutlu Türkəm deyib türklərə qarşı düşmanlıq edənlər qarşısında diz çökmədən öz haqlı səsimiz insanlara eşitdirməliyik.
Biz İsveçdə belə qərarların kimin, hansı güclər tərəfindən alınırsa alınsın yanlış olduğu üçün, sülhə, insanlıq ilişkilərinə böyük zərər verəcəyinə inanırıq. Yaxında İsveçdə seçkilər olacaq. Bu fürsəti dəyərləndirib türk-ermeni, türk-avroplaı, türk -xristian münasibətlərinin gerçək üzünü göstərməliyik.
Müstəqil Azerbaycanımızda ermənilərin törətdiyi cinayətlərdən torpaqlarımızın işqal olunmasından, Xocalı Soyqırımından söz açmalıyıq. Iranda yaşayan 30 milyondan artıq türkün başına gələnləri anlatmalıyıq.
Çin hükümətinin Uyğur türklərinə etdikləri cinayətlərdən danışmalıyıq.
İrakda Türkmənlərin əzilmiş insan haqlarından söz açmalıyıq.
Biz türklər öz insalıq səviyyəmizi hər zaman qoruduğumuz kimi qoruyub, kim olduğumuzu bəşəriyyətə necə qayğıda bulunduğumuzu bildirərək, öz haqlarımızı da savunmalıyıq.
Edə biləcəyimiz işlərdən:
1- Bütün türk kökənli soydaşlarımızıla birlikdə 1000 nəfərdən az olmamaq şərti ilə bir göstəri keçirib İsveç parlamenti qarşısına qara çələng qoyub alınan qərara öz etirazımızı bildirməliyik.
2- İndidən başlayaraq bütün ölkə boyu seçki kampaniyalarına qatılıb bu utanc verici qərarı qınayıb, qondarma soyqırıma səs verənlərə seçkilərdə səs vermiyəciyimizi bildirməliyik.
3- Bu qərara qarşı çıxanları dəstəkliyib martın 11-də alınan qərarı geri almamaları təqdirdə, erməniləri Azərbaycanda işqalçı qüvvə kimi tanınması və torpaqlarımızın qeydsiz-şərtsiz boşaltmağnı, yurd-yuvalarından didərgin salınmış yurddaşlarımızın doğma torpaqlarına qaytarılmasını nümayəndələr əli ilə parlamentə qaldırmasını tələb etməliyik.
4- Gərçək türk kökənli insanlarımızın İsveç Parlamentinə nümayəndə kimi girməsini dəstəkliyib imkan yaratmalıyıq.
5- İsveçdə yaşayan türklər adından advokat aracılığıla, İsveç parlamentində alınan qararaı məhkəməyə verməliyik. Məhkəməyə şikayətimizdə bu yanlış qərar gələcək nəsilləri necə pis etkiliyəcəyini vurğulanmalı.
6- Yuxarıdakı istəklərimizi gərçəkləşdirmək üçün isveçdə türk təşkilatlarından bir təşəbbüs qurupu yaratmalıyıq.
Sayğılarla,
Azərbaycan Fererasiyası İsveç AFİ
Başqan
Settar Sevigin
+46707120117