Xəbərlərin siyahəsinə geri dönmək üçün, buraya daxil olun

 

İsveç parlamentində alınan qondarma soyqırıma etiraz mitinqi /21 Mart,Stockholm

 

15.III.2010./AFI

 

Dəyərli yurddaşlar! Bildiyiniz kimi , 11 Mart 2010-ci ildə İsveç parlamentində Sosial demokrat ve Sol partiya başda olmaqla muxalifətdə olan 3 partiya (Rödgrön röra) bir səs fərq ilə türkleri 1915-ci ildə Osmanlida yaşayan bütün xristiyanlara qarşı soyqırım etdiklərini elan etdiler.

Ermənilərin 100 il bundan öncə başaına gələnlərə ürəyi yanan İsveç Parlament nümayəndələri din qardaşlarını dəstəkləməklə türklərə açıqcasına düşmənçilik etmək məqsədi deyilmidir?

Ermənilərin Azərbaycan türklerinə qarşı törətdiyi cinayətlər hamının gözünün önündədir. Onların Azerbaycan topraqlarının 20% -ni işğal etməsi, Xocalıda millətimizə qarşı törətdikləri soyqırım,minlərcə Qarabağda həlak olan şəhidlərimiz və bir milyondançox yurddaşımızı öz yurd-yuvalarından didərgin salmalarına görəsən Sosial demokrat başçıları başda Mona Sahlin olmaqla heç dəyərləndirirlərmi?

Dəyərli yurddaşlar, bu gün Türkiyede yaşayan türklere qarşı qəbul edilmiş bu qərar bütün türklərə qarşı bir utanç verici oyundur. Bu qərarın yalnış olduğuna etiraz etmək, qarşı durmaq hamımızın vetendaşlıq, soydaşlıq borcudur.

Türkiyəli soydaşlarınızın səsinə ses verərək, Mart ayının 21-də Stockholm-un mərkəzi meydani olan Sergels Torg –da bir araya gelib İsveç Parlamentinin türklere qarşı aldığı yanlış Soyqırım qərarına etiraz etməliyik!


Zaman : Bazar günü Mart ayının 21 Saat 14-16

Yer: Sergelstorg, Stockholm


Azerbaycan Federasiyonu İsveç AFİ                                                                                                                                               Settar Sevigin -46707120117