Xəbərlərin siyahəsinə geri dönmək üçün, buraya daxil olun

 

YÖTEBORQDA MÜHƏNDİS QULAMRZA ƏMANİNİ ANMA TÖRƏNİ KEÇİRİLDİ

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan, Azərbaycan türklərinin milli haqları uğrundakı mübarizəsinə görə beş il İran islam rejimi zindanlarında yatsa və min-bir əzab-əziyyət görsə də, tutduğu qutsal haqq yoldan dönməyən, sonucda Fars şovinizminin əli ilə şəhid edilən mühəndis Qulamrza Əmaninin həlak olmasından bir ötür. Bu münasibətlə oktyabr 24-də (2009) İsveçin Yöteborq şəhərində Güney Azərbaycan Demokrat partiyasının təşəbbüsü ilə şəhid Qulamrza Əmanini anma törəni keçirildi. Reqlament üzrə danışan on nəfər çıxışçı milli şəhid Qulamrza Əmaninin qısa və şərəfli ömür yolundan, onunla birgə şəhid olan qardaşlarından, körpə balaları Araz və Dənizdən, həyat yoldaşından, milli mübarizə yolundakı sarsılmaz mətanətindən, qurtuluş və bütövlük də daxil Azərbaycanın milli haqlarına yönəlik inancının böyüklüyündən söz açdılar və millətimizin öz şəhidlərinə sahib çıxmasının önəmliliyini, Fars şovinizminə qarşı milli mübarizəmizin daha da genişlənməsinin vacibliyini vurğuladılar. Üç saatdan artıq davam edən anma mərasimində ən duyğulandırıcı çıxış isə, mərhum Əmaninin həyat-yoldaşının yazdığı məktubun oxunması olmuşdur.

 

Anma törənində Stokholmdan və Malmödən gəlmiş qonaqlar, həmçinin İraq türkmənlərindən, Əfqanistan türklərindən olan dostlar da iştirak edirdi. Azərbaycan Federasiyası İsveç – AFİ BK üzvlərindən AFİ başqanı Səttar Sevigin və AFİ başqan yardımçısı Səid Əzizi də törənə qatılmışlar və AFİ  başqanı Səttar Sevigin törəndə çıxış etmişdir.