Xəbərlərin siyahəsinə geri dönmək üçün, buraya daxil olun

 

FRANKFURT İCLASINA AFİ DƏ QOŞULDU

 

XI.2009. /AFİ

 

Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki “İnterkontinental” otelində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilmişdir. Toplantıya, Azərbaycan Respublikası və Türkiyənin bir neçə dövlət rəsmiləri və konqreslə koordinasiya şurasının mənsubları qoşulmuşlar. Tədbirdə həmçinin, "Azərbaycan Federasiyası-İsveç"in sədri Səttar Sevigin və federasiyanın əlaqələr məsulu Əfzəl Məhəmmədi iştirak etmişlər.

 

"Azərbaycan-Türkiyə: ortaq tarix, ortaq maraqlar və ortaq problemlər", "Azərbaycan və Türkiyənin qloballaşan dünyaya inteqrasiyası: reallıqlar, problemlər və perspektivlər", "Azərbaycan və Türk diaspora təşkilatları arasında əməkdaşlıq müasir inkişaf səviyyəsi və perspektivləri" adlı üç panel təşkil olunaraq, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AFİ sədrinin çıxış mətnini aşağıda, fotolardan sonra, təqdim edirik:

 

Səttar Sevigin
Səttar Sevigin, Əfzəl Məhəmmədi

 

AFİ SƏDRİ SƏTTAR SEVİGİNİN ÇIXIŞ MƏTNİ

 

Dəyərli xanımlar, bəylər,

Dəyərli dövlət adamları,
Dəyərli türkiyəli soydaşlarımız,
Dəyərli yurddaşlarımız!

Hamınıza salamlar olsun!


Bizi də Azərbaycan Federasiyasının sorumluları kimi bu toplantıya çağıran toplantını quran yurddaşlarımıza ürəkdən çox sağ ol demək istəyirəm!
Azərbaycan Federasiyası İsveç yönətim qurumunun eləcə də İsveç Türk Federaiyonlarından da Size salamlar ve sayğılar getirmişem.

 

Dəyərli yurddaşlar, mən də DİASPORA sözüylə bağlantılı bir neçə söz demək istəyirəm. Səslənişindən də yazılışından da bəlli olan DİASPORA sözü neçə ildən bəri dilimizə gimiş olan yad / yabancı bir sözdür. Bu söz yunanca olub yehudilərin Yeruşəlim / Orşəlim / Qudusdan qovularaq sürgün olub yer üzünün dörd bir yanına dağımasıyla bağlantısı var.İndi isə, ana yurdumuzdan uzaq yer üzünün dörd bir bucağına səpələndiyimiz üçün, DİASPORA sözünün, güneyli-quzeyli biz Azərbaycan türkləri ilə bağlantısı var. Dediyim kimi DİASPORA sözü yunanca bir söz olub dağılma, yayılma deməkdir. Ancaq indi artıq bu söz yurddlarından uzaqlaşıb başqa ölkələrə yayılan insanların birləşib öz doğma ulusları uğrunda çalışmaları anlamını verir. Biz Azərbaycan türkləri DİASPORA sözünün gerçəkdən ne böyük anlam daşıdığını, nə böyük sorumululuq (məsuliyyət) daşıdığını daha yaxşı mənimsəyib öyrənməmişik. Neçə ildən bəri bizlərin də DİASPORAsı qurulub ancaq bu DİASPORA bütün yurdsevər azərbaycanlıları qanadı altına ala bilməmişdir. Eyni durum daha da çox dövlətçilik sabiqəsi olan Türkiyə türklərinə də aidir.

 

Siz dəyərli yurdsevərlər kimi, mənim də umudum gələcəkdə güneyli-quzeyli biz Azərbaycan türklərinin və Türkiyə tüklərinin də güclü bir DİASPORASI olmasıdır.

İndi də indidir, mən DİASPORA sözünü eşidəndə ERMƏNİLƏR yadıma düşür - ERMƏNİLƏR DİASPORASİ. ERMƏNİLƏR DİASPORASİ, Azərbaycana qarşı, Türkiyəyə qarşı çox-çox işlər gördülər. Düşününüz, bu uydurma soyqırımı sözünü bütün Avropada, bütün Amerikada gündəmdə saxlayan kimdir?  ERMƏNİ DİASPORASİ.Neçə il bundan qabaq Fransa parlamenti 1915-ci ildə Türkiyə türklərinin ermənilərə qarşı etdiyi soyqırımını qəbul etdi. Bu sözü Fransa parlamentinə soxan kimlərdir? ERMƏNİ DİASPORASİ. Bir neçə il bundan qabaq Amerika senatında soyqırımını senata qəbul etdirən kimlər idi? ERMƏNİ DİASPORASİ. Ayrıca, bir neçə il deyil, daha bir neçə gün bundan qabaq İsveç Sosyal Demokratlarıın Kongresində də soyqırımı qəbul edildi. Qəbul etdirən kimlər idi? ERMƏNİ DİASPORASİ. Bilirsinizmi dəyərli yurddaşlar, dəyərli soydaşlar? İndi artıq türklərə düşmanlıq edən, o uydurma yalan soyqırımını Avropa parlametlərində qəbu etdirən yalnız ermənilər deyil, onlarla yanaşı Türkiyə kürtləri ilə Türkiyədə yaşayan süryanilər də vardır. İsveç Sosyal Demokratların Kongresinə soyqırımının düşüncəsini ortaya qoyub partiya kongresinə qəbul etdirənlər, bu partiyada çalışan Türkiyə kürtləri ilə süryanilərdir. Keçən dönmdə İsveç dövləti Sosyal Demokratların əlindəykən, partiya üyəsi / üzvü olan çalışqan bir kürd qadın partiyanın qadınlar sorumlusu, süryani bir kişi isə İsveç dövlətinin kültür naziri idi. Bu iki nəfər indi də partiyanın sözləri keçən üyələrindəndirlər. Doğrusu İsveç Sosyal Demokratları Konqresinin soyqırımını qəbul etdiyi xəbərini eşidəndə çaşıb qadıq. Elə bil qara basdı bir yuxudan qorxuyla oyandıq. Biz İsveçdə soyqırımının qəbul olunmasını aqlımızın ucundan da keçirməzdik.

 

Yadınızda olsa 1978-ci ildə bütün Avropayla Amerikada Midnight Express adında bir filim göstərildi. Filimdə türklər vəhşi göstərilirlər. Baxımsız buğları var. Filimin baş rolunu oynayan amerikan bir gənc həşiş çəkdiyi üçün türk polislərincə tutulur. İşkəncə olunur. Bir sözlə, filim yalnız-yalnız, ancaq-ancaq türkü pisləmək üçün düzəldilmişdi. Filimin baş rolunu oynayan, sözdə amerikan gənci olan, türk polisincə işkəncə edilənə nə adı verilmişdi? İndiyə kim hansı türkiyəlinin, hansı azərbaycanlının o filmdəki baş rolu oynayanın adı maraqlandırmışdır? Ona nə ad qoyulmuşdu? BİLLY HAYES. HAYES sözü ermənicədə erməni deməkdir. Ayrıca filimdə oynayan bütün oyunçular türk dilini bilən ermənilərlə yunanlılardır. Türkiyə türklərinə qarşı, Azərbaycan türklərinə qarşı erməni, kürd, süryani yorulmadan ardıcıl çalışmaqdadırlar. Ana yurdumuz Azərbaycanın yüzdə iyimi beşini də ermənilərin tutduğunu hamımız yaxşı bilirik.

 

Bizlərə qarşı düşmənlərimiz yorulmadan işləyirlərsə, bizlər nə etməliyik?

Gerçək yurdsevərlik üstündə qurulmuş dərnəklər, birliklər yaradıb yurdumuzun ürəyi kimi dəyərli sayılan Dağlıq Qarabağı ermənidən qurtarılması yolunda səsimizi dünya ictimaiyatına bildirməliyik. İranda 30 milyondan artıq Güney Azərbaycan türkünün ən ilkəl (ibtidai) insan haqlarını almaq uğrunda yorulmadan çalışmalıyıq.

Bizim yaşamaqda olduğumuz İsveçdə, İsveç radio.televizyasında, İsveç mətbuatında  kürdlərin haqlarını savunan, Tükiyəyə qarşı olumsuz (mənfi) bilgilər yayan bir çox kürd əsilli gənc jurnalistlər var.

 

Yağılar torpağımızı, yurdumuzu, dilimizi əldən alırlar, gənə də biz suçlu sayılırıq.

 

Baxınız Türkiyəyə, demokratik açılım yolunda atılan addımlara. Ermenistan ilə imzalanan protokollara. Elə bu ərəfədə bir kürd partisi olan DTP. Tükiyənin baş kəndi Ankarada oturub öz qurultayında Güney Azərbaycanın ikinci böyük şəhəri olan Urmiyədə təmsicilik açma qərarını qəbul edir və bu qərarı partinin tüzüyündə yerləşdiri. Bu qərar DTP-nin başqanın İsveçdən dönən həmən baş verir. Elə bir neçə həftə sonra İsveç Sosiyal Demokrat partiyası soyqırımı qəbul edir.

 

Bizlər birləşib bu gedişə son qoymalıyıq. Necəmi?

1) Torpaqlarımızı, yurdumuzu, dilimizi qorumaq üçün gənclər yetişdirməliyik,
2) Çalışqan dərnəklər, birliklər, federasiyonlar, diasporalar yaradıb dilimiz, torpaqlarımız, haqlarımız uğrunda yorulmadan işləməliyik,
3) Türkiyəli soydaşlarımızla yaxından iş birliyi etməliyik.
4) Azerbaycan Türk Diaspora teşkilatının qısa ve uzun muddətli projələri üzərində işləməyə başlamalıyıq.
5) Türkiyə ilə Azərbaycanın başda gələn ortaq problemlərindən olan Erməni Kürd torpaq ideasina qarşı birgə adımlar ilə benəlxaq quruluşlara durmadan muraciətlər etməliyik.
6) Yaşadığımız ölkələrin parlamenti və dövlət organları ilə sıx əlaqədə olmalıyıq. 

 

Bir daha hamınızı İsveçdə fealiyyət göstərən Azerbaycan Federasiyasi adindan salamlayıb, Azerbaycan Türk Diaspora teşkilatları arasında sıx işbirliyi arzusuyla, toplantımıza önəmli adımlar atmasında başarılar diləyirəm.

 

Azərbaycan Federasiyası İsveç AFİ
Başqan
Səttar Sevigin
Almaniya – Frankfurt
2009-11-21