Xəbərlərin siyahəsinə geri dönmək üçün, buraya daxil olun

 

MİLLİ HÖKÜMƏTİMİZİN 64 İLLİYİ, STOKHOLM VƏ YÖTEBORQDA QEYD EDİLDİ

 

20.XII.2009. /AFİ

 

Azərbaycan Demokrat Firqəsinin banisi Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə 1945-ci ildə qurulmuş Güney Azərbaycanda Milli Hökümətimizin 64 illiyi, Stokholmda, AFİ-nin təşkilatçılığı ilə, ABF Şimali Stokholm şöbəsinin əməkdaşlığı ilə elmi seminarla qeyd edildi. Məruzəçi olaraq Azərbaycan Respublikasından dəvət olunan Bakı Dövlət Universitetinin tarix fakultetisinin müəllimi, tarix elmlər namizədi Ələmdar Şahverdiyev dəvət olunmuşdu. Çıxış, XX əsr Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatının mərhələləri və xüsusiyyətləri, İkinci Dünya Müharibəsi illərində İran şahlıq rejiminin Cənubi Azərbaycanda yeritdiyi irticaçı siyasəti, irticaya qarşı Azərbaycan xalqının milli-mənəvi və demokratik dəyərlər uğrunda mübarizəyə qalxması, milli və siyasi dünya görüşün dərinləşməsi nəticəsində Cənubi Azərbaycanda siyasi partiyanın yaranmasını zəruri edən tarixi şəraitin yetişməsi, Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə ADF-nin təsis olunması, 1945-ci il 3 sentyabr (1324 - 12 Şəhrivər) Bəyannaməsi, ADF-nin komunist ideologiyasına münasibəti, 1945-ci il 20-21 noyabr 21 Azər Milli təsis qurultayı, 8 maddəlik istiqlal bəyannaməsi, XX əsrdə ikinci milli parlamentin və hökümətin yaranması və fəaliyyəti, İran şah rejiminin beynəlxalq irticanın köməyi ilə milli azadlıq hərəkatını boğması məsələri və ona müasir baxış mövzularını əhatə edirdi.

 

Məruzədən sonra, seminar iştirakçılarının sualları cavablandırıldı.

 

Xatırladaq ki, 21 Azər münasibəti ilə həm də Yöteborqda fəaliyyət göstərən soydaşlarımız tərəfindən Yöteborq Azərbaycan Evində də qeyd edildi. Həmin tədbirdən də şəkil və məlumatlar, səhifəmizdə təqdim olunacaqdır.

 

Stokholm seminarından bir neçə şəkili isə aşağıda təqdim edirik.