Xəbərlərin siyahəsinə geri dönmək üçün, buraya daxil olun

 

MİLLİ HÖKÜMƏTİMİZİN 64 İLLİYİ, HOLLANDİYADA QEYD EDİLDİ

 

13.XII.2009. /AFİ

 

Hollandiyanın Amsterdam şəhərində, 12-13 dekabr 2009 tarixlərində, Hollandiyada yaşayan azərbaycanlıların - Araz Muğanlı, Nasir Məlikli və Muxtar Şəmsin təşəbbüsü və təşkilatçılığı ilə, 21 Azər - Milli Hökümətimizin 64 illiyi yığıncaq və ozanımız Araz Elsəsin konserti ilə qeyd edildi. Toplantı, GünAzTV-nin dəstəyi ilə keçirildi. İsveçdən 26 nəfərin iştirak etdiyi tədbirdə həm də Azərbaycan Federasiyası - İsveç, AFİ-nin sədri Səttar Sevigin, sədr müavini və təşkilat məsulu Səid Əzizi, mali məsul Bəhmən Nəbizadə və NTK üzvü Salamat Dəşti iştirak etdilər.

 

Yığıncaq və konsertdən bir neçə şəkil, və qəbul olunmuş bəyanatı aşağıda təqdim edirik:

 

 

GÜNEY AZƏRBAYCAN DİALOQ TOPLANTISI

Amsterdam bəyaniyəsi 2009

 

Amsterdam diyaloq toplanısı İran İslam Cumhiriyətinin siyasi, iqtisadı ve ictimai böhranlar içində çabaladığı günlərdə keçirilməkdədir. Siyasi hakimiyət ciddi sarsıntılar içindədir. İranda yaşayan millətlər əvəllər olduğu kimi, bu rejimin basqısı altında yaşamaq istəmədikləri üçün öz etirazlarını bildirməkdədirlər. Dini despotizmin sonu gəldiyi bu günlərdə Azərbaycan Türk millətinin milli mübarizəsinə daha geniş şəkildə şahid olmaqdayıq. Daha öncədən Azərbaycan Milli Hərəkatı “19 Ordibeheşt, Azərbaycan örənci hərəkati”(1374), “Danışır Azərbaycan” (1382) və Təbrizdə qəbul olunan “Birinci Ana Dili Qurultayının qətnaməsi” (1384), Babək Qalasına yürüşlər, 1 Xordad, milli qiyami kimi (1385), önəmli tarixi dərinliyi olan olayaları meydana gətirmişdir. Amsterdam Dialoq Toplantısına qatılan vətəndaşlarımız Milli Hərəkat sıralarında əhəmiyətli ortaq yönlərin var olduğuna qətiyətlə inanırlar. Hərəkatin sıralarında çoxsəsliliyi qəbul edirlər. Tək səsli bir faaliyəti rəsmiyətə tanımırlar. Tarixi əhəmiyət daşıyan Amsterdam toplantısı iştirakçıları Azərbaycan Milli Hərəkatının sıralarında çeşidli fikir və siyasi axımların var olduğunu bir reallıq və sağlam durum kimi görürlər. Bu göruş dəyişikliyi, mədəni muxtariyəti, federalizmi, istiqlaliyəti və Bütöv Azərbaycan dövləti qurmaq kimi platformları ehtiva etməkdədir. Toplantı bütün dəyişik göruşləri Azərbaycanın məşru siyasi cərəyanlarıı kimi qəbul edir və fərqliliklərin bir zənginlik olduğuna inanır.


İran İslam Cümhuriyəti daxildən və xaricdən ciddi təzyiqlər altındadır. Bu səbəbdən rejim hər gün cəmiyyət üzərinə basqısını artırmaq və milli hərəkəti əzmək istəyəcək. Milli dirəniş artdıqca, rejimin təzyiqləri arta bilər. Çünkü hakimiyət bu durumdan geri addım atarsa, öz məğlubiyətinə imza atmış olar. Bu üzdən də gün keçdikcə, rejimin təzyiqlərinin artacağına şahid oluruq. Belə bir durumda milli hərəkatın xaricdəki fəallarının üzərinə böyük tarixi məsuliyyət düşməkdədir. Bu milli – tarixi vəzifəni anlamaq üçün millətimizin əsas istəklərini dərk edib, bütün imkanlara dayanaraq, milli hərəkati müdafiə etməli və gücləndirməliyik.


21 Azər ayrıca, Böyük Milli Lider Seyyid Cəfər Pişəvərinin öz millətinə güvənərək, tarix yaratdığı doğma milli bir günüdür. Bu tarixi gün münasibəti ilə vətənimizin qurtuluşu ilə bağlı qərara gəlmək, milli birlik nümunəsi sərgiləmək heç də təsadüfi deyildir.


Milli hərəkatın geniş miqyaslı olduğunu qəbul edən 21 Azər Amsterdam Dialoq Toplantısı bütün fərqli görüşləri göz önündə bulunduraraq, aşağıdakı maddələri ortaq prinsiplər olaraq qəbul edir:


1- Toplantı, Güney Azərbaycan türk millətinin milli azadlığı yolunda mübarizədə bu günkü fars rasistmini təmsil edən İran İslam Cümhuriyətini əsas maneə kimi görür. Çünkü bu rejim hər növ demokratik dəyişikliyə qarşıdır.
2- Azərbaycan Milli Azadlıq Hərəkatının amalı Güney Azərbaycanda milli – demokratik dövlət qurmaqdır. Ayrıca, Güney Azərbayanın hüdudları xaricində yaşayan digər türk xalqlarının milli haqlarını da qorumaq lazımdır. Azərbaycan Milli Hərəkatı öz müqəddəratını təyin etməkdə son söz sahibi olmalıdır.
3- Azərbaycan Milli Hərəkatı sekular dövlət qurulmasının tərəfdarıdır və bu yolda mübarizə aparır.
4- Türk dili (Azərbaycan türkçəsi) rəsmi dövlət dili olmalıdır. Bütün ölkədə yaşayan türklər üçün türk dilli media şəbəkələri qurulmalıdır. Azərbaycanın elmi, texniki və iqtisadi inkişafı təmin edilməlı, millətimizin yaşayış səviyəsi dünyanın inkişaf etmiş millətləri səviyəsinə yüksəlməlidir.
5- Azərbaycan Milli Hərəkatı bütün sahələrdə qadın- kişi hüquq bərabər yolunda mübarizə aparır.
6- Din, məzhəb, məslək, inanc, söz, mətbuat, sendikalar, siyasi partiyalar, geyim və yaşam tərzi kimi, bütün mədəni azadlıqlar qeydsiz-şərtsiz təmin edilməlidir.
7- Azərbaycan milli Hərəkatı edama və hər növ işkəncəyə qəti şəkildə qarşıdır.
8- Milli Hərəkat Aria rasism sisteminin təmsilçisi olan İran İslam Cümhuriyətinənin Azərbaycanda demoqrafik yapını dəyişdirmə siyasetinə qarşı çıxıb və bu rejimə qarşı milli zülm altında yaşayan digər millətlrlə işbirliyi aparmalıdır.
9- Yuxarıda qeyd edilən hədəflərə çatmaq üçün xaricdə fəaliyət göstərən azərbaycanlı qüvvələr, daxildə gedən milli mübarizəni diqqətlə təqib etməli və ona uluslar arası insan haqları mərkəzlərindən dəstək qazanmalı, Azərbaycana qarşı informasiya blokadasını qırmalı və bütün dünyada Azərbaycan Milli Mənafei üçün lobbiçilik fəaliyətlərini təşkilatlandırmalıdır.
10- Güney Azərbaycan Milli Hərəkəti müstəqil, demokratik və moderndir.
11- Güney Azərbayan Milli Azadlıq Hərəkatı Dünya İnsan Haqları Bəyannaməsinin və ona bağlı konvansiyonların Azərbayanda həyata keçirilməsi üçün mübarizə aparır.
12- Amsterdam Diyaloq Toplantısı yuxarıdakı prinsiplərə daynaraq Güney Azərbaycan milli hərəkatında fəaliyyət göstərən bütün təşkilatlar və şəxsləri dəvamli işbirliyi mexanizmasinin qurulmasina çağırır.


Yaşasın Azərbayan
Yaşasın Milli Birliyimiz
Amsterdam 21 azər (12 desambr) 2009